Gəncədə sahibkarlarla səyyari xidmətin təşkili müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə sahibkarlarla səyyari xidmətin təşkili müzakirə olunub

11:50 - 23 / 05 / 2020
Gəncədə sahibkarlarla səyyari xidmətin təşkili müzakirə olunub

Gəhər Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev səyyari (mövsümi) xidmətin təşkili ilə bağlı onlayn görüş keçirib.

Onlayn görüşdə icra aparatının məsul şəxsləri, aidiyyatı qurumların rəhbərləri və şəhərdə faəliyyət göstərən sahibkarlar iştirak ediblər. 

Səməd Tomuyev çıxış edərək bildirib ki, Gəncədə əhalinin ailəvi istirahəti üçün səyyari (mövsümi) xidmət yalnız xüsusi ayrılmış yerlərdə təşkil olunmalıdır. Bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri mütləq şəkildə yerinə yetirilməlidir. Bununla yanaşı xüsusi karantin rejiminin tələbləri nəzərə alınmalı, sanitar-gigiyenik normalara əməl edilməlidir. 

Videokonfrans zamanı səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin abadlaşdırılması, həmçinin təmiz saxlanılması məsələlərinə də toxunulub. 

O da bildirilib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar Gəncənin memarlıq üslubuna uyğun hazırlanmalı və şəhərin ümumi görünüşünə xələl gətirməməlidirlər. Bu məsələlərə sahibkarlar tərəfindən xüsusi diqqət yetirilməlidir. 

Səməd Tomuyev bu sahələrdə çalışacaq şəxslərlə əmək müqavilələrinin bağlanılması məsələsinə də toxunaraq, mövzunun vacibliyini və aktuallığını bir daha xatırladıb. 

Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri İlqar Əhmədov bildirib ki, şəhərin bütün əraziləri ilə yanaşı səyyari (mövsümi) xidmətin təşkil edildiyi məkanlar da mütəmadi dezinfeksiya olunacaq. Xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri, bu sahələri də əhatə edəcək. 

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müvini Elşad Əsgərov qeyd edib ki, səyyari (mövsümi) xidmətin təşkil edildiyi ərazilərin təmizliyinin sanitar normalara uyğun olmasına xüsusi nəzarət olunacaq. Bununla yanaşı sözügedən ərazilərdə yaşıllıqların qorunması da diqqətdə saxlanılacaq. 

Onlayn görüşün davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
694

Son xəbərlər

Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49
Bütün xəbərlər