1news.az

Hikmət Hacıyev İsveçrəyə səfəri çərçivəsində Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə görüşüb

6 Noyabr saat 15:00 ~ 1 dəqiqəlik oxu 206
Hikmət Hacıyev İsveçrəyə səfəri çərçivəsində Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə görüşüb

İsveçrəyə səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun (WEF) Avropa və Avrasiya bölməsinin rəhbəri, WEF İcraiyyə Komitəsinin üzvü xanım Martina Larkin ilə görüşmüşdür.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə H.Hacıyev Ümumdünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə etmiş, AR Prezidenti cənab İlham Əliyevin Forumun Davos İllik Görüşlərində mütəmadi iştirakının Azərbaycanın bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu, WEF-in Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan Hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd etmişdir.

Danışıqlar çərçivəsində Azərbaycan ilə Ümumdünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında AR Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunmuş, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net