“Karolina Valiant”dan şəhərin mərkəzində möhtəşəm açılış – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Karolina Valiant”dan şəhərin mərkəzində möhtəşəm açılış – FOTO – VİDEO

14:30 - 29 / 10 / 2019
“Karolina Valiant”dan şəhərin mərkəzində möhtəşəm açılış – FOTO – VİDEO

Oktyabrın 26-da Azərbaycanın tanınmış multibrend xəz butiki olan “Karolina Valiant”ın yeni mağazasının açılış mərasimi olub.

Bakı şəhərinin mərkəzində, Dəniz Vağzalı ilə üzbəüz, Puşkin küçəsi 674 (JW Marriott Absheron otelinin 1-ci mərtəbəsi) ünvanında yerləşən yeni mağazada alıcıların daha rahat alış-veriş etmələri üçün bütün imkanlar yardılıb. Mağazada keyfiyyətli, ən müasir xəz məhsulları təqdim edilir.

Möhtəşəm açılış mərasimində, ölkənin tanınmış ulduzları, məhşur simaları – aparıcılar Zaur və Günay Baxşəliyevlər, Nərgiz Cəlilova, Kamilə Babayeva, Zümrüd Bədəlova, ifaçılardan Teymur Əmrah, Günay İbrahimli, Sevda Yəhyayeva, aktrisa Vəfa Zeynalova, stilistlər Elnur Həsənov, Syama və başqaları iştirak ediblər. Qonaqlar mağazanı bəyəndiklərini deyiblər, rəhbərliyə uğurlar arzulayıblar.  

 “Karolina Valiant”ın xəz həvəskarları üçün yaratdığı bu məkana addım atdığınız andan özünüzü fərqli və özəl hiss edəcəksiniz. “Karolina Valiant” xəz həvəskarı olan xanımların unudulmaz məkanıdır. Yeni mağazada xanımlar üçün həyatlarını rəngləndirmək, özlərini dəbdəbənin mərkəzində hiss etmələri üçün bütün şərait var.

Yeni mağazada təqdim olunan modellər fərqli tərzlərdə, müxtəlif üslubdadır, bu səbəbdən də xanımlar “Karolina Valiant”da xəz seçimi edərkən çətinlik çəkməyəcəklər.

Qeyd edək ki, “Karolina Valiant” multibrend xəz butiki olaraq “Braschi”, “Rindi Furs”, “Alessandro Bosso”, “Langiotti”, “Mala Mati Furs”, “Gianfranco Ferre Furs”, “Manzari İnternational”, “Lacompel”, “Ciolini Furs”, “Unifurs” kimi Avropa xəz brendlərinin Azərbaycanda rəsmi satış nümayəndəsidir.

On ildən artıqdır Azərbaycan və Rusiya bazarına yüksək keyfiyyətli məhsullar təqdim edən Karolina Valiant dəri və xəzdən hazırlanmış aksesuarlar, qadın və kişi geyimlərinin yüksək zövqlə təqdim olunduğu məkandır. Burada İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiya, Türkiyə fabriklərində istehsal olunan keyfiyyətli təbii kürk və dəri məhsulları təqdim edilir.

Mağaza meneceri Elnur Həsənovun sözlərinə görə, “Karolina Valiant”ın satış hədəfi hər zaman yüksək keyfiyyətli xidmətə əsaslanır: “Satış məsləhətçiləri təqdim olunan məhsulları öz müştərilərinə təqdim etməklə yanaşı, hər bir fərdi alıcı üçün doğru modeli seçməkdə kömək edirlər. Yeni mağazamızda da hər zaman dünyanın məşhur sərgilərində nümayiş olunan yeni xəz məhsulları ilə xanımlarımızı sevindirəcəyik. Düşünürük ki, bu yeni mağazamızın şəhərin mərkəzində, əlverişli məkanda yerləşməsi isə xanımlarımızın işini daha da asanlaşdırdı”.

Karolina Valiant kolleksiyalarında, yalnız təbii kürklər və dəri istifadə olunur, bu məhsullar gözəlliyi ilə yanaşı, həm də istilik və rahatlığı təmin edir.

Siz də hər zaman fərqli görünmək istəyirsinizsə bu əsrarəngiz xəz geyimlərini əldə etməyə tələsin.

Ünvanlar: Puşkin küçəsi 674 (JW Marriott Absheron otelinin 1-ci mərtəbəsi) və Binə Ticarət Mərkəzi-Univermaq

Bundan başqa, kampaniyalar barədə ən son məlumatları instagram və facebook səhifələrində izləyə bilərsiniz.

012 446 90 90

050 365 77 77 (whatsapp)

070 365 77 77 (whatsapp)

“Karolina Valiant” – “Sən hər zaman yüksəkdəsən”!

www.instagram.com/karolinavaliant

www.facebook.com/KarolinaValiant

Reklam hüququnda

Paylaş:
3783

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər