Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub – FOTO

09:12 - 20 / 06 / 2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub – FOTO

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı.

İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

x x x

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi.

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

S.Xankişiyeva

Paylaş:
754

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər