1news.az

Məşhur futbol klubunun 35 faizi koronavirusa yoluxdu

18 Mart saat 12:40 bir dəqiqəlik oxu 131
Məşhur futbol klubunun 35 faizi koronavirusa yoluxdu

"Valensiya"da komandanın 35 faizi koronavirusa yoluxub.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda Çempionlar Liqasının 1/8 final mərhələsində "Atalanta" ilə matçdan sonra oyunçu və işçilərdən götürülən koronavirus testinin müsbət çıxdığı bildirilib.

Bundan əvvəl "Valensiya"nın müdafiəçiləri Esekyel Qaray və Elyakim Manqalanın koronavirusa yoluxduğu aşkarlanmışdı.

Qeyd edək ki, İspaniyada indiyədək koronavirusa 9.191 nəfər yoluxub, 309 nəfər isə dünyasını dəyişib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net