MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO
Azərbaycanda ən iri həvəskarlar liqası (MFL) “Dostluq üçün futbol” beynəlxalq sosial uşaq proqramı ilə əməkdaşlıq edəcək.
MFL – futbol həvəskarları tərəfindən FUTBOLSEVƏRLƏR ÜÇÜN yaradılmış liqadır.
Məqsəd – ən yüksək səviyyədə təşkil edilmiş turnir çərçivəsində futbol oynayan daha çox həvəskar komandaları birləşdirməkdir.
“Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir.
Əməkdaşlıq çərçivəsində MFL-in ən yaxçı oyunçularından biri Əlisalam Hımidov, 8-15 iyun tarixlərində “Dostluq üçün futbol”un altıncı mövsümü keçiriləcək Moskvaya gedəcək. Həmçinin Həmidov MFL-in “Dostluq üçün futbol” layihəsində səfir olaraq buradakı uşaqlara ustad-dərsləri keçəcək.
Əlisalam Həmidov – A Konferensiyasında turnir cədvəlinə rəhbərlik edən “Sirena Motors” klubunda çıxış edir. Futbolçunun aktivində 91 qol var. Hazırda o, liqanın ən yaxşı bombardirir.
Həmçinin MFL-in baş meneceri Vaqif Axundov futbolçunun Dünya Çempionatının açılışına getmə xəbərini şərh edib:
“Əlisalam MFL-in ikinci mövsümünün ən yaxşı oyunçusudur. Onun qolları hesabına “Sirena Motors” A Konferensiyasında inamla irəliləyir. Əlisalamın hesabında 92 qol var. Buna görə də o, Moskvaya getməyə layiq futbolçudur”.
Ə.Həmidov Moskvada Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçiriləcək yarışları izləyəcək. Oyunlar iyunun 14-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycanı Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirində Conatan Ferqüsson təmsil edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək. Gənc jurnalist kimi isə Azərbaycandan Rəna Əliyeva çıxış edəcək.
Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı turnirin qalibi olmuş Rəvan Kazımov təmsil edib.
Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır.
Tərcümə: S.Xankişiyeva
“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO
MFL yeni mövsümün (2017/2018) qeydiyyatına başlayır - FOTO - VİDEO