Mübariz Əhmədoğlu: Patruşev Yerevanda özünü necə aldatdı? | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Patruşev Yerevanda özünü necə aldatdı?

09:44 - 19 / 08 / 2019
Mübariz Əhmədoğlu: Patruşev Yerevanda özünü necə aldatdı?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev müxtəlif nazirliklərin və strukturların təmsilçilərindən ibarət böyük bir qrupla Ermənistanı təftişə gəldi.

N.Patruşevin Ermənistana səfəri vacib səfər idi. Çünki Ermənistanda uzun müddətdən bəri davam edən rusofobiyanın kökü kəsilmir. Əksinə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra formaca daha da zənginləşib. İkinci prezident Robert Koçaryan Ermənistanda anti-Rusiyaçılığı geosiyasi platformaya çevirdi; ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binası Koçaryanın şəxsi təşəbbüsü ilə tikilib. Üçüncü prezident Serj Sərkisyan anti-Rusiyaçılığı daha da inkişaf etdirdi; SSRİ-nin dağılmasında ermənilərin iştirakını rəsmən etiraf etdi. Çərkəz soyqırımının tanınmaı prosesini başlatdı. N.Paşinyanın siyasəti  anti-Rusiyaçılığın davamı olduğu üçün nəticələr Rusiyaya təsir edir.

Paşinyan 2 baş məsləhətçisini və  köməkçisini vəzifədən azad edib. Bunlar əsasən iqtisadi bloku koordinasiya edən şəxslərdir. Son dövrlər Rusiyanın Ermənistandakı iqtisadi maraqları ciddi zərbə alır. “Qazprom”, “CQDY”,  “Polimetal” və s. ilə  baş verənlər bunu aydın şəkildə göstərir. Rusiyaya qarşı mübarizə üçün artıq iqtisadi faktorlardan da istifadə olunur. Gümrüdəki Rusiyanın hərbi bazası vergi pozuntusuna görə cərimələndi.

Bu səbəblərə görə görünür, Patruşevin təkidi ilə Paşinyan köməkçilərini vəzifədən azad edib. Amma bu, nəyisə dəyişmir; Paşinyanın beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Arsen Xaratyan KTMT-nin imicinə zərbə vurdu. Paşinyan Kremlin təkidi ilə A. Xaratyanı vəzifədən azad etsə də Ermənistanın RF-ə imic zərbələri dayanmadı:

-Ermənistan nümayəndə heyəti AŞPA-da səsvermə zamanı  Rusiyanı dəstəkləmədi.

- BMT Baş Məclisində Gürcüstana dair səsvermədə Ermənistanın mövqeyi RF-ə xəyanət idi.

-Ermənistan RF üçün təxribatçılar hazırlayan yuvaya çevrilib.  Bütün bunlar göstərir ki, Paşinyanın köməkçilərini dəyişməsi onun Rusiyaya münasibətində nəyisə dəyişməyəcək.

Ona görə Patruşevin özünü aldatmasından söhbət gedə bilər. Patruşevlə görüş barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatla Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumatları müqayisə etməklə görmək olar ki, Paşinyan elə öz bildiyini edəcək. Paşinyanın mətbuat xidmətinin yaydığı məlumatda Rusiyanın Azərbaycana silah satması məsələsi də müzakirə olunduğu qeyd olunur. Rusiya tərəfi dəfələrlə izah edib ki, Azərbaycanın pulu var, silah alır. Rusiyadan almayacaq, İsrail, Türkiyə, Pakistan və yaxud hansısa bir dövlətdən silah alacaqdır. Bununla belə N.Patruşevlə görüşü barədə yayılmış məlumatda bu parametrin salınması özü göstərir ki, Paşinyan Patruşevi aldadıb. Başqa sözlə, N.Patruşev Ermənistanda özünü aldatmaya məruz qalıb.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
490

Son xəbərlər

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44
Bütün xəbərlər