1news.az

“Neftçi” “Qalatasaray”a qarşı

17 Sentyabr saat 17:02 ~ 1 dəqiqəlik oxu 3860
“Neftçi” “Qalatasaray”a qarşı

"Neftçi" bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.

1news.az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

İlk mərhələdə Şimali Makedoniyanın "Şkupi" klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxacaq.

Qeyd edək k, "Neftçi" - "Qalatasaray" cütünün qalibi bu gün keçiriləcək "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.

17 sentyabr

Avropa Liqası

2-ci təsnifat mərhələsi

"Neftçi" (Azərbaycan) - "Qalatasaray" (Türkiyə) 20:00.
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net