Operativ Qərargah Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

Operativ Qərargah Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlara müraciət edib

19:14 - 10 / 04 / 2020
Operativ Qərargah Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlara müraciət edib

Nazirlər Kabineti yanında Operativ Qərargah Rusiyadan Azərbaycana qayıtmaq istəyən vətəndaşlara müraciət edib.

Qərargahdan 1news.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra dövlətlər sərhədlərin bağlanmasına qərar verərək ölkə ərazisinə giriş-çıxışı müvəqqəti dayandırıb.

Əksər dövlətlər hava reyslərini təxirə saldığından 2020-ci il mart ayından etibarən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciətlər edilmiş, Azərbaycan hökuməti tərəfindən ayrılmış müntəzəm çarter reysləri üzrə İran, Türkiyə, Rusiya, İtaliya, Macarıstan və digər ölkələrdən soydaşlarımızın geri dönüşü təmin olunmuşdur. Sonrakı mərhələdə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilmiş və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasıdakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq.

Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcəkdir. Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaqdır.

Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaqdır.

Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur".

YENİ QƏRAR: SMS göndərmədən evdən çıxmaq olmaz

Azərbaycanda daha 43 şəxsdə koronavirus tapıldı – RƏSMİ

Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycanda məktəb və bağçalar müvəqqəti bağlandı - RƏSMİ

9-cuların buraxılış imtahanı təxirə salındı - SƏBƏB

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Qərargah: İaşə obyektlərində qəlyandan istifadə qadağan edilib

Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı – RƏSMİ

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

ÜST bu günə olan statistikanı açıqlayıb: koronavirusa yoluxanların sayı durmadan artır – XƏRİTƏ

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
1347

Son xəbərlər

Bütün xəbərlər