“Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır” – Vətəndaş məktubları

15:23 - 04 / 06 / 2020
“Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Zara Niftiyevadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Bu çətin və şərəfli yolda Sizə daim uğurlar arzu edirəm.

Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır. Biz haqlı olaraq Sizinlə fəxr edirik.

Cənab Prezident, Sizə bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm”.

Aysel Aslanzadədən, Bərdə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik.

COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim.

Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz”.

Taleh Mansurovdan, Bakı, Azərbaycan

“Möhtərəm Prezident.

Bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə həm vətəndaşlıq, həm də vicdanı borc bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.

Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada "supergüc" hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir.

Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun”.

Arzu Rzayevadan, Kardiff, Böyük Britaniya

“Hörmətli cənab Prezident.

Mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı.

Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm”.

Firon Qasımov, Qasımov Firon, Hüseynov Bəhruz və Mustafayev Qabil, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Kəndlilərin çörəyi torpaqdan çıxır. Bu torpağı da bizə ulu öndərimiz Heydər Əliyev bağışlayıb. O vaxtdan bəri torpaqlarımızı əkib-becərir və müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edirik. Lakin təsərrüfatımızda əsas yeri kartof tutur. Biz məhsulumuzu Rusiyaya ixrac edərək ölkəmizə çoxlu vəsait cəlb edirik.

Cənab Prezident, hər il olduğu kimi, bu il də Siz bu məsələdə bizə yaxından kömək etdiniz. Rusiyadan gələn maşınların ölkəmizə maneəsiz daxil olmasını təmin edərək məhsulumuzun xarici bazarlarda satılmasına şərait yaratdınız. Bu məsələdə heç bir problemimiz olmadı.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, cənab Prezident! Allah Sizi qorusun. Sağ olun”.

Ülviyyə Cəbrayılovadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Karantin rejiminin tətbiqi və yüksək standartlara uyğun modul tipli xəstəxanaların açılışı koronavirusla mübarizədə görülən tədbirlərin ən bariz nümunələrdir.

Biz əminik ki, Sizin tövsiyələrinizlə bu virusdan tez bir zamanda xilas olacağıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm. Hər zaman yanımızda olduğunuz kimi, biz də daim Sizinləyik”.

Əlipaşa Əliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Hər şeydən əvvəl şəxsən öz adımdan, bütün yaxınlarımın və Azərbaycan xalqının adından Sizə təşəkkür edirəm.

Siz dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan xalqının sağlamlığını hər şeydən üstün tutaraq onu böyük bir fəlakətdən qorumaqdasınız. İllər keçəcək, amma Sizin bu əvəzsiz xidmətləriniz heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın çağırışı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı, Azərbaycanı anarxiyadan, uçurumdan, AXCP-Müsavat cütlüyünün qaragüruhundan xilas etdi. Qısa müddət ərzində Odlar Yurdunda tərəqqi, inkişaf başlandı. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biridir. Vaxtilə köməyə ehtiyacı olan Azərbaycan indi özü başqa dövlətlərə kömək edir, yardım göndərir. Bütün bunlar əlbəttə ki, böyük dəyərdir, ölkəmizin gücünün göstəricisidir.

Hörmətli cənab Prezident, xalqımızın sağlamlığı və xoşbəxtliyi üçün göstərdiyiniz xidmətlərə görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə, əzizlərinizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram”.

Akif Sərkərov, Əkbərov Əsgər, Əliyev Tahir və Mustafayev İlham, Göyçay, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində xalqımız bu bəlaya ilkin mərhələdə minimum itkilərlə qalib gəlməyə nail oldu. Karantin rejimi dövründə Vətəndaşların sosial və digər yardımlarla təmin edilməsi üçün Sizin və Mehriban xanımın gördüyünüz işləri hər bir azərbaycanlı kimi, biz göyçaylılar da çox bəyənir və təqdir edirik. İş yerləri müvəqqəti bağlanmış fiziki və hüquqi şəxslərə kompensasiyaların, işsizlərə 190 manat birdəfəlik ödəmənin və ehtiyacı olan insanlara Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının verilməsi Sizin və Mehriban xanımın qayğıkeşliyinizin bariz nümunələridir.

Hörmətli cənab Prezident, yaşadığımız məhəllə Göyçay çayının sağ sahilində yerləşir. Sizin Sərəncamınıza əsasən Göyçay çayında aparılan məcradəyişmə, sahilbərkitmə işlərindən və yeni körpünün tikilməsindən sonra yaşadığımız ərazidə avtomobillərin hərəkəti intensivləşib. Avtomobil yolunda asfalt örtüyü olmadığı üçün yaranan toz kütləsi burada yaşayan insanlara ciddi narahatlıq yaradırdı. Bu məsələ ilə bağlı müraciətimizdən dərhal sonra qeydolunan əraziyə 500 metr məsafədə asfalt örtüyü salınıb.

Cənab Prezident, görülən və görüləcək işlərə görə sakinlər adından Sizə və Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”.

S.Xankişiyeva

 

Paylaş:
785

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər