1news.az müsabiqədə qalib oldu
Xəbər verdiyimiz kimi, çap mediası və onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.
Belə ki, müsabiqədə 16 ictimai-siyasi qəzet qalib olub.
Bundan başqa, MEDİA onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqədə 34 ictimai-siyasi, 5 idman məzmunlu sayt qalib olub.
Qeyd edək ki, qaliblər sırasında 1news.az da var.


66












