Ceyhun Salmanov və digərləri azadlığa buraxıldı
"Qurtuluş" Reabilitasiya Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
1news.az apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onların cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.
72












