Parlamentin 1-ci Vitse-spikeri Əli Hüseynlinin DOSYESİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentin 1-ci Vitse-spikeri Əli Hüseynlinin DOSYESİ

12:48 - 10 / 03 / 2020
Parlamentin 1-ci Vitse-spikeri Əli Hüseynlinin DOSYESİ

Bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.

1news.az məlumatına görə, iclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinlərinə seçkilər keçirilib. Səsvermə nəticəsində Əli Hüseynli Milli Məclis sədrinin birinci müavini seçilib.

 VI Çağırış Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Haqqında məlumatı təqdim edirik:

Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib.

1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib.

1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub.

1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb.

Hüquq elmləri doktorudur.

V çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri,  Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavi olub.

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti rəhbərinin müavinidir.

Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir

Ailəlidir, 2 övladı var.

Qafar Ağayev

 

Paylaş:
1790

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər