Post-pandemiya dövründə bütün dünyada daxili turizm sektoru daha da inkişaf edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Post-pandemiya dövründə bütün dünyada daxili turizm sektoru daha da inkişaf edəcək

17:15 - 01 / 07 / 2020
Post-pandemiya dövründə bütün dünyada daxili turizm sektoru daha da inkişaf edəcək

Bildiyimiz kimi, iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilib. Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bir sıra önəmli məqamlara toxunub.

Qeyd edək ki, pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizmdir. Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bu sahəyə dəyən ziyan milyardlarla ölçülür. Lakin qeyd etmək lazımdır ki, post-pandemiya dövründə də bu sahənin bərpa olunması üçün çoxşaxəli fəaliyyətə ehtiyac vardır. Burada müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına tutmuş, bu sahəyə investisiya yatırılmasına qədər çoxçeşidli problemlər olduğunu nəzərə almaq lazımdır.

Koronavirus COVİD-19 pandemiyası Azərbaycanın da turizm sektoruna mənfi təsir göstərib. Son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Hər keçən il bu sahədə artım dinamikası hiss olunurdu və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirdilər. Bu fakt onu göstərir ki, turizm sahəsi bizim iqtisadiyyata böyük valyuta axınını təmin edir.

Keçən il rekord göstərici qeydə alınmışdı – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər etməsi müşahidə olunmuşdu. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artmışdı. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb.

Eyni zamanda qeyd etməkdə fayda var ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də lazımi dəstək göstərir.

Pandemiya dövründə Azərbaycanda turizm sahəsində çalışan insanlara maddi dəstək göstərilib, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstəyin göstərilməsi də nəzərdə tutulur.

Pandemiya bütün dünyanı cənginə alıb, 2-3 aydır ki, bütün dünya bağlıdır, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb. Haqlı olaraq bildirməliyik ki, bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayıb. Hal-hazırda biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir.

Qeyd edək ki, BMT-nin Ümumdünya Turizm Təşkilatı son 2 ayda bu sahədə bəzi tədbirlər həyata keçirib. Son 2 ayda qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb və “Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub.

Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq da yüksək səviyyədədir. Mehmanxanaların sertifikatlaşdırılması üzrə layihə uğurla icra olunur. Ümumdünya Turizm Təşkilatı Azərbaycanda turizm sektorunu fəal şəkildə dəstəkləyir.

Görüş zamanı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ötən ilin iyun ayında təşkilatın İcraiyyə Şurasının iclasının Bakıda keçirildiyi xatırladıb.  Prezident İlham Əliyev isə belə bir mühüm beynəlxalq təşkilatın İcraiyyə Şurasının iclasının Bakıda keçirilməsini Ümumdünya Turizm Təşkilatı tərəfindən dostluq və dəstək əlaməti kimi qiymətləndirdiyini bildirib.

 Hal-hazırda ölkəmizin sərhədləri  bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Ölkəmiz üçün insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı prioritet təşkil edir. Virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq qeyd edə bilərik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, pandemiya zəiflədikcə, o cümlədən ölkəmizin sıx əməkdaşlıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə dövlət sərhədləri açılacaq. Bunun nə vaxt baş verəcəyini indidən demək çox çətindir.

Pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilməsi turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər. Fikrimcə, post-pandemiya dövründə bütün dünyada daxili turizm sektoru daha inkişaf edəcək. Çünki bu mənəvi-psixoloji baryeri qısa müddətdə aradan qaldırmaq çətin olacaq.

Şübhəsiz ki, sabit ictimai-siyasi şərait, təhlükəsizlik, coğrafi mövqe, xalqın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və dadlı mətbəx kimi amillərin Azərbaycanda turizm sənayesinin bərpa olunmasına kömək edəcəyini qeyd edə bilərik.

İlyas Hüseynov,

politoloq

Paylaş:
725

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər