Niyə qeyri-sabit dövrdə Qazaxıstanda təhsil digər xarici ölkələrdəki təhsildən daha yaxşıdır? - FOTO
Ölkəni tərk etmədən beynəlxalq səviyyəli təhsil almaq - bu gün artıq kompromis deyil, şüurlu seçimdir.
Ali təhsil bazarının necə dəyişdiyi və bu prosesdə Qazaxıstanın hansı rol oynadığı barədə “Nazarbayev University”nin vitse-prezidenti, universitetin təsisçilər komandasının üzvlərindən biri, elmlər doktoru və beynəlxalq təcrübəyə malik ekspert Asel Uvaliyeva danışır.
- Asel, bu gün dünyada və Qazaxıstanda ali təhsilin inkişafını hansı əsas trendlər müəyyən edir?
Qlobal qeyri-sabitlik - təhsil xərclərinin artması, viza rejimlərinin sərtləşdirilməsi və təhlükəsizlik məsələləri fonunda Qazaxıstan təhsil almaq üçün sabit, proqnozlaşdırıla bilən və rahat mühit kimi qəbul edilir.
Son illərdə biz sabit bir trend müşahidə edirdik: bir çox ailələr hələ də xaricdə təhsilə daha meylli olmaqla, əksər hallarda Qazaxıstan universitetlərini alternativ kimi nəzərdən keçirmirlər. Bu, əsasən ölkədəki təhsilin keyfiyyətinin lazımi səviyyədə olmaması ilə bağlı formalaşmış stereotiplə əlaqədardır. Bizim əsas vəzifəmiz isə bu stereotipi dağıtmaqdır.
Nümunə kimi özümün də çalışdığım və bu gün Mərkəzi Asiyanın aparıcı tədqiqat universiteti olan NU-nu göstərəcəyəm. Mübaliğəsiz deyə bilərəm ki, bu, dünya səviyyəli universitetdir. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir. Ən məşhur reytinq olan “Times Higher Education”a görə, son bir il ərzində 100 pillə irəliləyən NU bu gün dünyanın ən yaxşı universitetlərinin 23%-nə daxildir. Onu da nəzərə almaq lazımdır ki, bu universitet cəmi 15 il əvvəl yaradılıb, halbuki siyahıdakı bir çox universitetlərin yaşı yüz illiklərlə ölçülür. Cəmi 15 il əvvəl yaradılmış universitet üçün bu, həqiqətən möhtəşəm göstəricidir. Bu, lider mövqe tutan və siyahıda Britaniya, Avropa və Amerika universitetlərini qabaqlayan yeganə Qazaxıstan universitetidir.
Əmək bazarının tələblərinə uyğun olaraq, NU Honkonqun ən güclü universiteti olan “The Hong Kong University of Science and Technology” (HKUST) ilə, “SOAS University of London” ilə ikili diplom proqramları həyata keçirir və cəmi bir neçə gün əvvəl “The Hong Kong Polytechnic University” (PolyU) ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu universitetlər dünyanın 100 ən yaxşı ali təhsil müəssisələri siyahısına daxildir, lakin Qazaxıstanda təhsil London və ya Honkonqdakından xeyli ucuz başa gələcək.
- Yəni qazaxıstanlıların uğurlu karyera qurması üçün artıq xaricdə diplom alması mütləq deyil?
– Şübhəsiz. Mərkəzi Asiyada hazırda güclü universitetlər klasteri formalaşır. Bu universitetlərin məzunları qlobal və yerli bazarlarda yüksək qiymətləndirilir. Məsələn, NU məzunlarının 96%-i ilk il ərzində işə düzəlir və “Google”, “Amazon”, “Apple”, “Meta” kimi ən böyük texnologiya şirkətlərində, eləcə də Qazaxıstanın aparıcı özəl və kvazidövlət strukturlarında karyera qurur. Həmçinin bizim məzunlar Oxford, Harvard, Sapienza University of Rome, MIT kimi dünyanın aparıcı universitetlərinin qrant proqramlarına qəbul olurlar.
Universitet yaradıldığı vaxtdan etibarən 12 000 nəfərdən çox mütəxəssis hazırlayıb. Onların arasında top menecerlər, sahibkarlar, startap qurucuları, elm və tibb nümayəndələri var. Biz liderlərin yeni nəslinin necə formalaşdığının şahidi oluruq. Startapçılar, süni intellekt və konsaltinq sahəsində ekspertlər, dövlət idarəetmə mütəxəssisləri, sosial sahibkarlar, alimlər, bir sözlə, NU məzunları ən müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Buna misal olaraq, Qazaxıstanın ən gənc dollar milyonçusu, “Higgsfield AI” İT-startapından 22 yaşlı Alişer Şariyazdanov, Yale universitetinin məzunu, Harvard Tibb Məktəbində tədqiqatçı kimi çalışan Asel İbadulla, “Arlan Biotech” biotexnoloji startapının həmtəsisçisi Dauken Seytkali, “InDrive” şirkətinin Qazaxıstan üzrə rəhbəri Aray Bekembayev, “Meta”nın mühəndislik komandasının rəhbəri Saddam Asmatullayev və başqalarını göstərmək olar. Məzunların orta yaşı 30-35 yaş arasındadır. Biz məzunlardan dərhal böyük nailiyyətlər gözləmirik, lakin bir şeyi dəqiq bilirik ki, gələcəkdə onlar mütləq olacaq.
Şəbəkələşmə faktorunu da ayrıca qeyd etmək lazımdır. Əlaqələrin daha çox Qazaxıstanın hüdudlarından kənarda qaldığı xaricdə təhsildən fərqli olaraq, NU ölkə daxilində peşəkar icma formalaşdırır. Məzunlar təkcə təhsil deyil, həm də uzunmüddətli tərəfdaşlıq əlaqələri qazanırlar.
Təhsilə yatırım etmək niyə vacibdir?! Bizim tələbələr artıq üçüncü kursda işəgötürənlərdən təkliflər alırlar, buna görə də ölkə daxilində əldə edilmiş diplom dərhal özünü doğruldur.
- NU-nun təhsil modelinin əsas fərqi nədədir?
- Birmənalı olaraq, bu, yaxşı investisiyadır. NU regionda ən güclü akademik məhsullardan birini təklif edir. Biz tədqiqat universitetiyik, missiyamız isə Qazaxıstanı dünya səviyyəli təhsil, elm və innovasiyalar vasitəsilə inkişaf etdirməkdir. Yəqin ki, bizim əsas fərqimiz də budur. Biz elmə inanırıq. Eyni zamanda inanırıq ki, məhz elm ilə sənayenin simbiozu gələcəkdə ölkəmizin inkişafının hərəkətverici qüvvəsi olacaq.
Sənaye ilə əlaqə - bizim ekosistemimiz elə qurulub ki, tədqiqatlara laboratoriyadan kənara çıxmağa və real həyatda tətbiq olunmağa kömək etsin. NU-da yetişmiş çoxsaylı startaplar, elmi layihələr indi uğurlu bazar məhsullarıdır. Bunlar misal olaraq, “Mirai Tech”, “Artisan Education” və s. göstərmək olar.
Daha bir fərq - çeviklikdir. Biz qlobal trendləri görürük, hansı peşələrin lazım olacağını anlayırıq, rəqabətqabiliyyətli və tələb olunan mütəxəssislər yetişdirmək üçün proqramlarımıza dəyişikliklər edirik. Bu il dövlət başçısı tərəfindən rəqəmsallaşma ili elan edilib və biz yeni tədris ilinə yenilənmiş akademik strukturla başlayacağıq - yeni Kompüter Elmləri və Süni İntellekt Məktəbi SCAI açılır. Burada süni intellekt məhsulları yarada və onları real həyatda uğurla tətbiq edə biləcək mütəxəssislər hazırlanacaq
- NU-da bakalavr səviyyəsində müsabiqə çox böyükdür. Bəs Qazaxıstanda magistr dərəcəsi və ya PhD dərəcəsi almaq nə qədər populyardır?
- Həqiqətən, bu il biz rekord sayda müraciət aldıq, təxminən 12 000 abituriyent NU-ya qəbul üçün müraciət edib. Üstəlik, qəbul olanların keyfiyyəti ildən-ilə artır. Məktəblilərimizin bilik səviyyəsinin bu qədər yüksək olması məni çox sevindirir. Əlbəttə, hamı qrant ala bilmədi, çünki qrant yerlərinin sayı məhduddur, lakin bizdə ödənişli əsaslarla təhsil almaq və eyni bilikləri əldə etmək mümkündür.
Əlbəttə, bizdə çox sayda magistr təhsil alır, bu il isə biz PhD tələbələri üçün 200 qrant ayırdıq, çünki məqsədyönlü şəkildə doktorantlar yetişdirmək istəyirik. Onlar üçün Ali Biznes Məktəbində və Ali Dövlət Siyasəti Məktəbində işdən ayrılmadan üçillik DBA və DPA proqramları fəaliyyət göstərir. Gələn il biz işləyən peşəkarlar üçün 1 illik “Professional Masters” proqramlarını həyata keçirməyə başlayacağıq.
Bundan əlavə, “Google” kimi böyük transmilli şirkətlər universitetə maraq göstərirlər.
- Lakin təhsil qiymətləri kifayət qədər yüksəkdir?
- Bu, mübahisəli mövzudur. NU-da təhsil qiymətləri Astana və Almatının özəl məktəblərində, eləcə də ölkənin özəl universitetlərindəki təhsil qiymətləri ilə müqayisə olunan səviyyədədir. Eyni zamanda tələbə tamamilə fərqli bir təhsil səviyyəsi əldə etmiş olur: beynəlxalq professor-müəllim heyəti, yalnız ingilis dilində təhsil, elmi tədqiqatlarda iştirak və Q1 səviyyəli jurnallarda dərc olunma imkanı, həmçinin inkişaf üçün tam infrastruktur və ekosistem - müasir kitabxana, atlet və tibb mərkəzləri, rahat yataqxanalar.
Valideynlər üçün ən vacib amil təhlükəsizlik olaraq qalır. Universitetin kampusu gecə-gündüz müşahidə sistemi ilə tam muxtar mühit kimi fəaliyyət göstərir. Yataqxanalardan tədris binalarına qədər bütün infrastruktur örtülü keçidlərlə (skywalk) birləşdirilib ki, bu da iqlim şəraiti baxımından xüsusilə vacibdir. Əgər xaricdə fəaliyyət göstərən orta səviyyəli universitetdə tələbənin yaşayış xərclərini və NU-dakı təhsili müqayisə etsək, seçim təbii ki, Qazaxıstanda beynəlxalq səviyyədə keyfiyyətli təhsil olacaq. Biz getdikcə daha tez-tez xaricdə gözlənilən keyfiyyətdə təhsil ala bilməyən tələbələrin tədris ilinin ortasında bizə köçürüldüyünün şahidi oluruq.
- Gələcək liderlərin formalaşmasında tələbə mühiti nə dərəcədə vacibdir?
- Bu, əsas amillərdən biridir. NU - yalnız akademik mühit deyil, həm də şəxsiyyətin inkişafı üçün bir məkandır. Universitetdə idman və robototexnikadan tutmuş mədəni və yaradıcı təşəbbüslərə qədər 100-dən çox tələbə klubu fəaliyyət göstərir. Biz şüurlu şəkildə akademik biliklər və ənənəvi dəyərlər arasında tarazlıq qururuq. Bizim tələbələr çox gözəl mühitdə əsl tələbə həyatı yaşayırlar!
- Söhbətə görə təşəkkür!































