Prezident İlham Əliyev Montrö şəhərinin meri ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Montrö şəhərinin meri ilə görüşüb

14:37 - 24 / 01 / 2020
Prezident İlham Əliyev Montrö şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirdi. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirildi.

Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edildi və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı.

1news.az

Paylaş:
760

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər