Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi | 1news.az | Xəbərlər
Dünya

Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi

13:45 - 31 / 10 / 2020
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

1news.az-ın xəbərinə görə, Trend Rusiya XİN-ə istinadən məlumat verir ki, bəyanatda deyilir: "Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə Rusiyanın Ermənistana təhlükəsizliyinin təmin olunması üçün təqdim edəcəyi köməyin növü və həcminin müəyyən edilməsi məqsədilə məşvərətlərə başlamaq müraciəti ilə əlaqədar bildiririk ki, Rusiya Ermənistana münasibətdə müttəfiqlik öhdəliklərinə sadiqdir. 1997-ci ilin avqustunda ölkələr arasında imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım Sazişinin bəzi bəndləri ölkələrin ərazilərinə silahlı hücum və ya təcavüz aktı təhdidi yarandıqda konkret addımları nəzərdə tutur.

Sazişə əsasən, Rusiya Yerevana döyüş əməliyyatlarının bilavasitə Ermənistan ərazisinə keçiriləcəyi təqdirdə zəruri köməyi göstərəcək.

Biz bir daha Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşi dərhal dayandırmağa, gərginliyi azaltmağa, bu il oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin əldə etdiyi razılaşmalar müsətvisində baza prinsiplərinə əsaslanan dinc tənzimləməyə nail olmaq üçün substantiv danışıqlara qayıtmağa çağırırıq".

1news.az

Paylaş:
417

Son xəbərlər

Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13
Bütün xəbərlər