İtaliyada həddindən artıq istilərə görə 8 şəhərdə həyəcan siqnalı verildi | 1news.az | Xəbərlər
Dünya

İtaliyada həddindən artıq istilərə görə 8 şəhərdə həyəcan siqnalı verildi

Qafar Ağayev09:26 - Bu gün
İtaliyada həddindən artıq istilərə görə 8 şəhərdə həyəcan siqnalı verildi

İtaliyada anomal isti hava şəraiti ilə əlaqədar bir sıra şəhərlərdə ən yüksək səviyyəli xəbərdarlıq elan olunub.

1news.az xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyi həftəsonu ölkənin bir çox bölgəsində isti hava dalğasının təsirinin güclənəcəyini bildirib. Nazirlik tərəfindən Bolonya, Boltsano, Breşiya, Florensiya, Milan, Peruça, Rieti və Turin şəhərlərində “qırmızı” – ən yüksək risk səviyyəsi üzrə xəbərdarlıq verilib.

Paytaxt Roma üçün isə bu gün ikinci yüksək səviyyə hesab olunan “narıncı” xəbərdarlıq qüvvədədir.

Səhiyyə Nazirliyi vətəndaşlara günün ən isti saatları olan 11:00-dan 18:00-dək açıq havaya çıxmamağı tövsiyə edib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər