Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verib
Böyük Britaniyanın Baş naziri Kir Starmer həm hökumət başçısı, həm də Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa verib.
1news.az xəbər verir ki, Starmer qərarını baş nazirlik ofisinin qarşısında jurnalistlərə açıqlayıb və Kral III Çarlzla görüşərək istefa ərizəsini təqdim etdiyini bildirib.
Məlumata görə, son aylarda partiya daxilində artan təzyiqlər və reytinq göstəricilərində ciddi eniş bu qərarda əsas rol oynayıb. Starmer təxminən iki il əvvəl böyük səs çoxluğu ilə hakimiyyətə gəlmişdi, lakin son dövrdə həm onun, həm də Leyboristlərin dəstəyi zəifləyib.
Partiya rəhbərliyi uğrunda əsas namizəd kimi Böyük Mançester meri Endi Börnham göstərilir. Onun liderliyə gəlişi Böyük Britaniyada son 10 ildə növbəti baş nazir dəyişikliyi ehtimalını gündəmə gətirir.











