Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb

16:21 - 17 / 09 / 2019
Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb

Sentyabrın 17-də Bakı metrosunda hər iki xətt (qırmızı və yaşıl) üzrə qatarların hərəkətində gecikmələr olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a bildirib ki, yeni qatarlarda qapılar avtomatlaşdırılmış sistemdə açılaraq bağlanır. Qapılar bağlanarkən hər hansı maneəyə rast gələrsə və ya sərnişinlər tərəfindən qapıların bağlanmasına imkan verilmədikdə bu proses davamlı təkrarlanır: “Qapılarla bağlı hal bir neçə dəfə təkrarlandıqda avtomatlaşdırılmış sistemdə dayanma müşahidə olunur. Belə olduqda proqram təminatını yenidən yükləmək məcburiyyəti yaranır və bu, 2 dəqiqə vaxt tələb edir”.

B.Məmmədov əlavə edib ki, artıq iki gündür metroda böyük sıxlıq müşahidə olunur: “Dünən 800 mindən çox sərnişin metro ilə daşınıb. Yeni qatarlarda avtomatlaşdırılmış sistemə sərnişinlərin müdaxiləsi bu cür hallara səbəb olur”.

1news.az

Paylaş:
451

Son xəbərlər

PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21
Bütün xəbərlər