Sərdar Akyol: “Media cəmiyyətimizin gözü və qulağıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərdar Akyol: “Media cəmiyyətimizin gözü və qulağıdır”

12:14 - 24 / 10 / 2020
Sərdar Akyol: “Media cəmiyyətimizin gözü və qulağıdır”

“İnternet Media Yayıncıları”nın direktoru və www.Sonnoktahaber.com saytının baş redaktoru Sərdar Akyol 21 Oktyabr Jurnalistlər Günü münasibətilə təbrik mesajını yayımlayıb.

1news.az-ın məlumatına görə, o, ​​cəmiyyətin maarifləndirilməsində və məlumatlandırılmasında, demokratiyanın güclü və möhkəm təməllərlə qurulmasında, fikir və düşüncə azadlığının inkişafında mühüm rol oynayan jurnalistikanın günümüzün ən dinamik və ən fədakar peşələrindən biri olduğunu vurğulayıb.

Peşələrini çox çətin şəraitdə yerinə yetirən, xalqın gözü və qulağı olan, idarəçilərə işıq tutan media nümayəndələrinin fədakar əməyinin təqdir olunmamasının mümkünsüzlüyünü vurğulayan Akyol bunları əlavə edib:

"Demokratiyanın əvəzolunmaz elementi olaraq gördüyümüz mətbuat ölkəmizin gələcəyinə və millətimizin maraqlarına uyğun olaraq prinsipial, düzgün və qərəzsiz bir şəkildə çalışaraq, xalqın xəbər almaq hüququnu təmin edən və cəmiyyətin ümumi tələb və fikirlərini xalqa çatdırmaq vəzifəsini öz üzərinə götürən vacib bir qurumdur. Jurnalistlər bölgə, ölkə və dünya gündəminin müəyyənləşməsində böyük rol oynayırlar. İnsanlar mediadan oxuduqları və öyrəndikləri xəbər və şərhlər vasitəsi ilə məlumatlanırlar. Bu baxımdan jurnalistlər hazırladıqları xəbər və icmallarla cəmiyyəti düzgün məlumatlandırmaq məsuliyyətini daşıyırlar.

Bu duyğu və düşüncələrlə Türkiyədə fəaliyyət göstərən bütün milli, yerli qəzet və jurnalların, radio və televiziyaların, eləcə də milli agentliklərin nümayəndələrini 21 Oktyabr Jurnalistlər Günü münasibətilə təbrik edir, peşə həyatlarında davamlı uğurlar arzulayır, sevgimi və hörmətimi bildirirəm".

Akyol mesajında ​​bildirib ki, qərəzsiz, azad və mətbuatın peşə əsaslarına hörmət edən bir media demokratiyanın, sosial inkişafın və tərəqqinin təmin edilməsində mühüm rol oynayır:

"Bu səbəbdən media cəmiyyətimizin gözü və qulağıdır. Milli və yerli media öz missiyası ilə daim müstəqil olaraq, həqiqəti xalqımıza bütün çılpaqlığı ilə təqdim etməklə plüralist bir demokratiyanın əhəmiyyətini bir daha ortaya qoyur.

Xalqımızın məlumatlanmasına çətin şərtlərlə şərait yaradan dəyərli mətbuat işçilərimizin 21 Oktyabr Jurnalistlər Gününü təbrik edirəm. Vəzifəsini yerinə yetirərkən həyatını itirən jurnalistlərə rəhmət diləyir və bütün mətbuat işçilərinə peşə həyatlarında uğurlar arzu edirəm".

1news.az

Paylaş:
570

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər