Sarkisyan və Köçəryanla bağlı istintaq davam etdirilir - Xocalıya görə | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarkisyan və Köçəryanla bağlı istintaq davam etdirilir - Xocalıya görə

12:35 - 26 / 02 / 2020
Sarkisyan və Köçəryanla bağlı istintaq davam etdirilir - Xocalıya görə

“Hazırda Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Köçəryanla bağlı istintaq davam etdirilir”.

1news.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib. O bildirib ki, cinayət işi üzrə 5 istiqamət müəyyən edilib:

"Xocalıya hücüm zamanı 613 nəfər qətlə yetirilib. Şəhərin 5379 nəfər sakini deportasiya olunub. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri isə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

Qafar Ağayev

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər