“Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz və hamının qayğısına qaldınız” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz və hamının qayğısına qaldınız” – Prezidentə yazırlar

12:52 - 21 / 05 / 2020
“Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz və hamının qayğısına qaldınız” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Kəmalə Bəndəliyeva, Mirzəzadə Orxan və Hacalıyeva Rəfiqə, Şəmkir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz və hamının qayğısına qaldınız. Bütün dünyada böyük itkilərə səbəb olan koronavirus pandemiyası ilə mübarizədə uzaqgörənliklə reallaşdırdığınız tədbirlər xalqımızı böyük itkilərdən xilas etdi.

Bütün bunlara görə Sizə “çox sağ olun” demək, təşəkkür etmək istəyirik. Fəxr edirik ki, Sizin kimi qayğıkeş Prezidentimiz var.

Pandemiya dövründə bütün ölkə əhalisinin, aztəminatlı ailələrin, sahibkarların qayğısını çəkdiyiniz, diqqətdə saxladığınız üçün Şəmkir rayonunun sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Ölkəmizin firavanlığı naminə siyasətinizi yüksək qiymətləndirir, Sizi dəstəkləyirik. Allah Sizi və xalqımızı qorusun”.

Əliyev Əliyardan, Zaqatala, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar.

Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız.

Bir gənc olaraq Sizin bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq.

Kamal Quliyev, Namazov Ceyhun,  Əsgərov Daşdəmir, Mirzəliyev İnam və Hüseyinov Vüsal  Şəmkir, Azərbaycan

“Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan.

COVID-19 pandemiyasının qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi.

"Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz.

Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.

Məhərrəm İsmayılovdan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin professor-müəllim heyəti ölkəmiz və xalqımız üçün apardığınız çoxşaxəli fəaliyyəti hər zaman diqqətlə izləyir və təqdir edir. Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin Fərman, Sərəncam və göstərişlərinizə əsasən bu bəla ilə qətiyyətlə mübarizə aparılır. Koronavirus pandemiyasının respublikamızın iqtisadiyyatına, vətəndaşların sağlamlığına, sosial şəraitinə mənfi təsirlərinin azaldılması ilə bağlı sosial təminat, sosial yardım və sosial dəstək formalarında tədbirlər uğurla həyata keçirilir. Bilavasitə Sizin göstərişinizlə sosial dəstək tədbirlərinə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi də daxildir.

Cənab Prezident, xalqımızın taleyüklü məsələlərinin həlli istiqamətində gördüyünüz əzəmətli işləri bəyənir, məmnunluq hissi keçirir, Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Rəşad Məmmədovdan, Goranboy, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı ölkəmizdə Sizin rəhbərliyinizlə vaxtında həyata keçirilən bütün tədbirlər Qaradağlı kənd sakinləri tərəfindən tam bəyənilir və ciddi şəkildə yerinə yetirilir. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciətiniz, həyata keçirdiyiniz təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan minimum itkilərlə dünyanın böyük bəlasına qalib gəlmək əzmi ilə yaşayır və fəaliyyət göstərir.

Xalq və Prezident birliyinin növbəti təcəssümü tarixin bu dövründə də sübut olundu. Mübariz Səfərov adına Qaradağlı kənd tam orta məktəbinin kollektivi dövlətimizin həyata keçirdiyi bütün tədbirləri dəstəkləyərək öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirir, “evdə qal”, “sağlam ol”, “təhsildən qalma” prinsiplərini vacib fəaliyyət planı kimi əzmlə həyata keçirirlər.

Hörmətli cənab Prezident, Qaradağlı kəndinin minlərlə sakinlərinin, ziyalılarının adından və şəxsən öz adımdan Sizə, ailə üzvlərinizə cansağlığı, uzun ömür diləyərək, Azərbaycan naminə gördüyünüz və görəcəyiniz bütün işlərdə yeni uğurlar arzulayırıq”.

S.Xankişiyeva

 

 

Paylaş:
1105

Son xəbərlər

Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər