DİN: Ötən gün 22 cinayətin üstü açılıb, 39 axtarışda olan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 22 cinayətin üstü açılıb, 39 axtarışda olan şəxs saxlanılıb

Qafar Ağayev10:17 - Bu gün
DİN: Ötən gün 22 cinayətin üstü açılıb, 39 axtarışda olan şəxs saxlanılıb

İyulun 3-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan isə 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 3 fakt müəyyən olunub.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər