Qubada selin yararsız hala saldığı körpü hələ də bərpa olunmayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada selin yararsız hala saldığı körpü hələ də bərpa olunmayıb - VİDEO

First News Media09:05 - Bu gün
Qubada selin yararsız hala saldığı körpü hələ də bərpa olunmayıb - VİDEO

Qudyalçaya gələn sel bir sıra fəsadlar törədib.

1news.az xəbər verir ki, Qubanın Qəçrəş kəndində körpü yararsız vəziyyətə düşüb.

Bir neçə kəndə gediş-gəliş yolu olan körpünün belə hala düşməsi sakinlərin işini çətinə salıb.

“Bir aydan çox olar körpü dağılıb. Buradan yol yoxdur, məcburuq ki, şəhərlə gedib fırlanaq. O da bizə sərf etmir. Taksi 10 manata başa gəlir”, - sakinlərdən biri bildirib.

“Yolumuz uzanıb. 15 manat taksiyə veririk ki, hər gün gedib-gələk. Çox əziyyət çəkirik. Getmək olmur”.

Paylaş:
185

Son xəbərlər

Bütün xəbərlər