“Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız” - Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız” - Vətəndaş məktubları

13:20 - 09 / 07 / 2020
“Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız” - Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Reyhan Ağayevadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

26 ildir ki, dünya birliyi Ermənistanın işğalçılıq fəaliyyətini bilə-bilə susur. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz doğma yurd yuvalarından didərgin düşmüşdür. Siz onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarını təsdiq etmisiniz.

Qaçqınların mənzil təminatı, aylıq müavinətlərin təyinatı, eləcə də qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqlarından azad olunması - bütün bunlar onlara arxa duran dövlət başçısının və dövlətin olduğunu bəyan edir. Lakin reallıq budur ki, onlar öz doğma yurdlarına qayıtmalıdırlar.

Sizin üçün Qarabağ problemi ən ümdə məsələdir və bununla bağlı Azərbaycanın haqlı mövqeyini bütün çıxışlarınızda diqqətə çatdırırsınız. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videkonfrans formatında sammitindəki çıxışınız bunu bir daha təsdiqləyir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana verdiyiniz cavabla onların əsl üzünü ortaya çıxardınız. Ermənistan hələ də susmaqda davam edir. Ona görə ki, onlar qorxaq və oğrudurlar.

Biz Sizin siyasətinizi daim dəstəkləyirik və Qarabağ probleminin tezliklə Azərbaycanın xeyrinə həll olunacağına inanırıq”.

Fazilə Əliyevadan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Dünyada koronavirus pandemiyasının baş verdiyi zamanda Sizin Gəncəyə səfər etməyiniz bir daha sübut edir ki, xalqın yanındasınız.

Sizin hər səfəriniz unudulmaz və əlamətdar olur. Siz hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə diqqətlə yanaşmısınız. Buna görə də, Gəncə ölkənin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Biz, məhz Sizin yüksək diqqətiniz və qayğınız sayəsində bunlara nail olmuşuq. Ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş Azərbaycan Dövlət Aqrar Universiteti son illər tamamilə yenidən qurulur. Bu, Sizin diqqətinizin nəticəsidir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun”.

Ramil Əliyevdən, Masallı, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Bir vətəndaş kimi əminəm ki, xalqımız koronavirus bəlasından tezliklə və az itki ilə xilas olacaqdır. Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız. Biz sadə vətəndaşlar da daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyümüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya dövründə insanların sağlamlığının və asayişinin keşiyində duran həkimlərimiz və polislərimiz öz xidməti borclarını çox layiqincə yerinə yetirirlər. Görünən odur ki, onlar COVID-19 virusunun qarşısını əzmlə almağa çalışırlar. Bütün bunlar bizi daha da ümidləndirir, nikbin düşünməyə sövq edir.

Xalqımıza göstərilən xidmətlərə görə Sizə, eyni zamanda həkim və polislərimizə bir daha təşəkkür edirəm. Allah işlərinizi avand eləsin”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
659

Son xəbərlər

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51
Bütün xəbərlər