Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz - VİDEO

11:52 - 11 / 01 / 2021
Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid zabitimiz - VİDEO

Onlarla düşmən hərbçisini süngü ilə məhv edib, xeyli yaralı yoldaşını döyüş meydanından çıxararaq həyatını xilas edib...

1news.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Lerikin Kələxan kəndindən olan şəhid baş leytenant Əliqismət Yaqubludan gedir.

O, 2015-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Qobustanda yerləşən hərbi hissəyə təyinat alıb. Elə həmin ildə də ərizə yazaraq ön cəbhəyə xidmətə yollanıb.

Aprel döyüşlərində də şücaətləri ilə seçilən Əliqismət 2018-ci ildə Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı kimi xidmət rəisi vəzifəsinə təyin edilib.

Vətən müharibəsində Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçının bir neçə kəndinin azad edilməsində qəhrəmanlıqlar gösətərən Əliqismət Şuşada əlbəyaxa döyüşə girənlərdən olub. Döyüş yoldaşları da onun qorxmaz və çox vətənpərvər zabit olduğunu bildiriblər.

İndi şəhid zabitdən geriyə iki övladı-5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd qalıb. Sonuncu zəngində ailəsindən də övladlarının vətənpərvər yetişdirilməsini istəyib.

Əliqismət Yaqublu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" meadlları ilə təltif edilib.

1news.az

Paylaş:
444

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər