İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

First News Media17:16 - Bu gün
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib.

1news.az xəbər verir ki, məktubda bildirilib:

"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, iyunun 15-ə keçən gecə Venesuelanın şimalında 7,1 bal gücündə zəlzələ baş verib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər