Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - SİYAHI

Qafar Ağayev15:51 - 30 / 06 / 2026
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir - SİYAHI

Paytaxtda aparılan təmir işləri ilə əlaqədar 7 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilir.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələri üzrə təşkil olunacaq.

Paylaş:
691

Son xəbərlər

Messinin atası vəfat edib

08 / 08 / 2026, 15:55
Bütün xəbərlər