21 iyun tarixində keçirilən imtahanların nəticələri elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

21 iyun tarixində keçirilən imtahanların nəticələri elan olunub

Qafar Ağayev16:47 - Bu gün
21 iyun tarixində keçirilən imtahanların nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2026-cı il tarixində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların (təkrar) nəticələri elan edilib

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.

Şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda 320 nəfər iştirak edib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər