Yaşayış yerini tərk edən 21 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən 21 koronavirus xəstəsi saxlanıldı

10:23 - 29 / 12 / 2020
Yaşayış yerini tərk edən 21 koronavirus xəstəsi saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

1news.az-ın məlumatına görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 28-də respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

15 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Qafar Ağayev 

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər