“Qalatasaray” 1 il avrokuboklarda iştirak etməyəcək
Türkiyənin “Qalatasaray” klubu UEFA tərəfindən cəzalandırılıb.
1news.az-ın "Hürriyet"ə istinadla verdiyi xəbərə görə, İstanbul təmsilçisi bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
Buna klubun Maliyyə “Fair Play”inin tələblərini pozması səbəb olub.
“Cim-bom”un prezidenti Dursun Özbək ötən həftə İsveçrəyə yollanaraq, UEFA nümayəndələri ilə görüşmüşdü. O, qarşı tərəfi müxtəlif dəlillərlə tanış etsə də, prezidentin bu səyi nəticəsiz qalıb.
Qitə futbol qurumu maliyyə “Fair Play” qaydalarını pozan “Qalatasaray”a güzəşt etməyib. “Aslan” avrokuboklara vəsiqə qazanarsa, gələn mövsüm bu hüquqdan məhrum olacaq.
Türkiyə klubu ardıcıl iki il Avrokuboka vəsiqə əldə edə bilməsə, o zaman cəzası qüvvədən düşəcək.
1news.az