Qarabağ atları Londonda II Elizabetin yubileyinə həsr olunmuş şouda təmsil olunub - FOTO | 1news.az | Xəbərlər
İdman

Qarabağ atları Londonda II Elizabetin yubileyinə həsr olunmuş şouda təmsil olunub - FOTO

22:56 - 13 / 05 / 2016
Qarabağ atları Londonda II Elizabetin yubileyinə həsr olunmuş şouda təmsil olunub - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi cins olan Qarabağ atları Britaniya Kraliçası II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub.

1news.az-ın Federasiyanın saytına istinadla verdiyi xəbərə görə, ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən atçılığın, milli cinslərin inkişafına göstərilən diqqət və qayğı sayəsində artıq milli qürurumuz olan Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır. Prezident İlham Əliyevin tapşırığına əsasən artıq ikinci dəfədir ki, Qarabağ atı tarixi bağlılığı olan Vindsor qəsrində tədbirlərdə iştirak edir. Kraliça II Elizabetə 1956-cı ildə hədiyyə edilən “Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gətirilmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb.

Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirilən tədbirlərdə hər gün Kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.

Yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Britaniya Kraliçasının atlara marağı nəzərə alınaraq yubiley tədbirlərində atların iştirakı ilə xüsusi şou proqram təşkil edilib. Atçılığın inkişaf etdiyi dünyanın az sayda ölkələri, o cümlədən Azərbaycan bu proqramda təmsil olunub.

Dörd gün davam edəcək yubiley tədbirlərində hər gün 900-dən çox at və 1500-dən artıq iştirakçı şou proqramla çıxış edəcək.

Azərbaycan milli geyimində arenaya çıxan rəqqaslarımızı Qarabağ atlarının belində şou-proqramla çıxış edən Dövlət Sərhəd Xidmətinin təcrübəli “Süvarilər” qrupunun atçıları müşayiət ediblər. Azərbaycan milli rəqsi ilə ali atsürmə elementlərinin sintezindən ibarət şou-kompozisiya iştirakçılarda böyük maraq doğurub. Tədbirin moderatoru Azərbaycanın şou-kompozisiyasının favorit olduğunu elan edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Londonda keçirilən tədbirlərdə də Qarabağ atlarının şou proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.

1news.az

Paylaş:
1456

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər