Avropa Şurasındakı ikiüzlülərin nəzərinə: Ermənistandakı siyasi xaos son həddə çatıb | 1news.az | Xəbərlər
Siyasət

Avropa Şurasındakı ikiüzlülərin nəzərinə: Ermənistandakı siyasi xaos son həddə çatıb

09:45 - 13 / 02 / 2020
Avropa Şurasındakı ikiüzlülərin nəzərinə: Ermənistandakı siyasi xaos son həddə çatıb

Azərbaycan Prezidenti İlham Əliyev yaxın günlərdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Avropa Şurası və bu təşkilatın strukturlarının Bakı və Ankaraya qarşı tətbiq etdikləri ikili standartlar probleminə toxunub.

Dövlət başçısı təəssüflə qeyd edib ki, Avropa Şurasında deqradasiya prosesi gedir:

“Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.

“Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir.

Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır”, – İlham Əliyev bəyan edib.

İlham Əliyev sözlərinə əlavə edib ki, mən Ermənistanı misal gətirə bilərəm:

“Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib.

Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun”, – dövlət başçısı qeyd edib.

Ən qədim və ən böyük beynəlxalq təşkilatlardan birinin Azərbaycana qarşı bu cür aydın şəkildə ikili yanaşması öz haqsızlığıyla hiddətləndirir. Həqiqətən də, Azərbaycan və Türkiyəni zəhərləyən Avropa Şurasının beynəlxalq öhdəlikləri açıq şəkildə pozan Ermənistanı görməməsini necə izah etmək olar?!

Yeri gəlmişkən, bu ölkədə siyasi təqiblər sözün əsl mənasında “gözə girir”. Daxili siyasi təlatümlərin, çəkişmə və qanunsuzluqların Ermənistanı nə qədər “silkələdiyini” anlamaq üçün sadəcə bir neçə misal gətirmək kifayətdir.

Nümunə üçün, yaxın günlərdə, yanvar ayında erməni müxalifət fəallarının tutulması ilə bağlı məlumat yayılmışdı. Beləliklə, yanvarın 28-də dörd erməni müxalifətçi – “Adekvat” partiyasının təsisçiləri Artur Danielyan, Konstantin Ter-Nakalyan, həmçinin Qriqor Minasyan və Azat Adamyan polisə idarəsinə aparılıb.

Erməni blogerlərin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əsas məqsədi fəalların şəxsi yazışmalarına giriş imkanı əldə etmək və xüsusi proqram yükləmək üçün onların telefonunu ələ keçirmək idi. Təsdiq olunur ki, bütün bunları baş nazir Nikol Paşinyanın şəxsi göstərişi əsasında həyata keçirilib.

Elə həmin gün, Ermənistan polisi digər müxalifətçi bloger, “VETO” partiyasının təsisçisi Narek Malyanı da qanunsuz silah saxlama şübhəsi ilə həbs etmişdi. Qeyd etmək lazımdır ki, Narek Malyan Ermənistanda Soros Fondunun əsas əleyhdarlarından biridir. Həmçinin o, mövcud hökumətə qarşı olan yuxarıda adı çəkilən “Adekvat” partiyasının qurucularından biridir.

Qəribədir ki, nə ABŞ-ın Ermənistandakı səfirliyi, nə də Avropa Təşkilatlarının Nümayəndəlikləri bu cür səs-küylü siyasi qalmaqala diqqət etmədi. Nədənsə, yüksək siyasi əxlaq institutları bu vəziyyətdə insan hüquqlarının xüsusi fundamental pozuntularını görmədilər.

Bütün bu faktlar Ermənistanın daxili siyasi həyatında ilk və çox güman ki, son deyil. Bu kampaniyanın təşkilatçısı və ideoloji ilhamçısı – dünənə qədər Ermənistanda “qanun və qaydanı” bərqərar etmək üçün səylərini əsirgəməyəcəyinə söz verən erməni “küçə demokratı”ndan başqa birisi deyil.

Həqiqətən də Nikol Paşinyan səylərini əsirgəmir. Lakin erməni baş nazirinin anlayışında "qanun və qayda" – daxili siyasət meydanlarından şəxsi düşmənlərini aradan qaldırmağa kömək edən vasitələrdir. Bütün bunlar aşağı səviyyəli seriallarının süjetində ucuz qisas kimi görünür.

Nisbətən yaxın keçmişdə siyasi təqiblərin qurbanı olan bir şəxs, hakimiyyətə gəldikdən sonra ölkəni tənəzzüldən qaldırmaq, sosial-iqtisadi və demoqrafik böhranı dayandırmaq üçün heç olmaya həmyerlilərinin soyuducularını doldurmaq üçün heç bir iş görməlidir. O isə səylərini siyasi rəqiblərinin təqiblərinə və "xalq tribunası"ın nəzər nöqtəsində müxaliflərin ailə üzvlərinin görüşünə yönəldib.

Nümunə üçün uzağa getməyək. Hətta erməni mətbuatına səthi nəzər saldıqda, asanlıqla bu ölkədə “cadugər ovu”nun nə qədər geniş yayıldığını görmək olar.

Maraqlıdır ki, nə üçün Avropa Şurası bu cür qərəzli siyasi könüllülük faktlarına rekasiya vermir?!

Demokratiya, bərabərlik və ədalət prinsiplərinə söykənən bir təşkilat Ermənistandakı insan haqlarının pozulması faktlarına prinsipial olaraq göz yumduğu halda, Azərbaycana gəldikdə isə məsələni şişirdir?!

Nəticə etibarilə, bütün bu vəziyyətdə kimsə uduzacaq – ya Azərbaycan, ya da Avropa Şurası? ..

Sual necə deyəllər, ritoiklər silsiləsindəndir...

Ermənistanda siyasi motivlər əsasında təqib edilən şəxslərin siyahısı (erməni mətbuatının materialları əsasında)

  1. Serj Sarkisyan – Ermənistanın 3-cü prezidenti, hazırda Respublika Partiyasının sədri – 1 milyon dollardan çox pulu mənimsəməkdən ittiham olunur. 2019-cu il dekabrında Sarkisyanın əmlakına həbs qoyulub. Bu ilin yanvar ayında daha dörd şəxsə dövlət dəstəyi proqramı çərçivəsində ayrılmış 489 milyon 160 min 310 dram (~ 1 milyon 20 min dollar) mənimsəmə ittihamı irəli sürüldü.
  2. Levon Sarkisyan – Serj Sarkisyanın qardaşı – Qanunsuz gəlir əldə etməkdə və vergidən yayınmaqda ittiham olunur. Axtarışdadır
  3. Narek Sarkisyan – Levon Sarkisyanın oğlu – Çexiyadan Ermənistana ekstradisiya olunan Narek Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik saxlamaqda şübhəli bilinərək tutulub. Hazırda həbsdədir.
  4. Ani Sarkisyan – Levon Sarkisyanın qızı – Qanunsuz gəlir əldə etməkdə və vergidən yayınmaqda ittiham olunur. İstintaq zamanı Ermənistandan çıxamayacağına ilə bağlıq sənəd verib.
  5. Aleksandr (Saşik) Sarkisyan – Serj Sarkisyanın qardaşı – 2018-ci ilin iyununda ona qarşı qanunsuz silah saxlamaqda ittihamı irəli sürülüb. 2018-ci ilin iyul ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin qərarı ilə əmlakı müsadirə edildi. Aleksandr Sarkisyana büdcəyə 30 milyon dolları qaytarmaq üçün vaxt verilib. 2019-cu ilin fevral ayında dövlətə 19,6 milyon dollar geri qaytarıb.
  6. Hayk Sarkisyan – Aleksandr Sarkisyanın oğlu – 1 iyul 2018-ci ildə məhkəmə qərarı ilə “qətl törətməyə cəhd”də ittiham edərək iki ay müddətinə həbs edilib və həmin ilin sentyabrında 50 milyon dram müqabilində sərbəst buraxılıb.
  7. Robert Koçaryan – Ermənistanın 2-ci prezidenti – 2008-ci ilin martın 1-də prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarları tərəfindən təşkil edilmiş mitinqdə 10 nəfər həlak olub. Ermənistanın ozamankı prezidenti Robert Koçaryan nümayişləri vəhşicəsinə yatırmaqda və konstitusiya quruluşunu devirməkdə ittiham olunuraraq 2018-ci iliin dekabrında həbs olunur. 2019-cu ilin fevral ayında ona 927 milyon dram (təxminən 3 milyon dollar) məbləğində rüşvət vermək ittihaı irəli sürülüb. Hazırda həbsdədir.
  8. Qrayr Tovmasyan – keçmiş deputat – Konstitusiya Məhkəməsinin sədri – “Məxməri inqilabdan” sonra keçmiş hakim Respublika Partiyasının hökumətdəki son yüksək vəzifəli üzvü idi. Ailə üzvləri və yaxınları hələ də siyasi təqiblərlə üzləşirlər. Oktyabrın 4-də Parlament Tovmasyanın sədrliyinə xitam verilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edir. Ancaq Konstitusiya Məhkəməsi parlamentin tələbini nəzərdən keçirməkdən imtina edir. Çünki işdən çıxarılmaq üçün əvvəlcə Ermənistan Konstitusiyasına dəyişiklik edilməlidir. Bu məqsədlə 6 fevral 2020-ci il tarixində Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qanun parlamentdə hakim partiyanın səs çoxluğu ilə qəbul edildi.
  1. Levon Sarkisyan – Respublika Partiyasının üzvü, 1999-2007-ci illərdə – Parlamentdə deputat, İnsan Hüquqları Komissiyasının üzvü – 2019-cu ilin noyabr ayında Rusiyada 40 gün həbs edilib, Ermənistana ekstradisiya ediləcəyi gözlənilir.
  2. Arsen Babayan – Ermənistan Parlamenti Aparat rəhbərinin keçmiş müavini – 21 oktyabr 2019-cu ildə hakimiyyəti zorla ələ keçirmək cəhdində şübhəli bilinərək tutuldu. Ara Babloyanla birlikdə iştiak etdiyi cinayət işi araşdırılır.
  3. Ara Babloyan – Respublika Partiyasının üzvü, Ermənistan Parlamentinin keçmiş spikeri - 24 oktyabr 2019-cu ildə hakimiyyəti zorla ələ keçirməyə cəhddə şübhəli bilinərək tutuldu və ölkəni tərk etməmək barədə yazılı öhdəlik verib. Cinayət işi Arsen Babayan ilə birlikdə araşdırılır.
  4. Samvel Uzumyan – “27 oktyabr” cinayətini araşdıran hakim – Ermənistanı tərk edib və axtarışa verilib. 51.000 dollar rüşvət almaqda ittiham olunur.
  5. Serqo Karapetyan – sabiq kənd təsərrüfatı naziri – keçmiş dövlət başçısı Serj Sarkisyanla birlikdə dövlət dəstəyi proqramı çərçivəsində ayrılan 489 milyon 160 min 310 dram (~ 1 milyon 20 min dollar) mənimsəmədə günahlandırılır.
  6. Barseq Beqlaryan – “Fleş” ASC-in sərdi – keçmiş dövlət başçısı Serj Sarkisyanla birlikdə dövlət dəstəyi proqramı çərçivəsində ayrılan 489 milyon 160 min 310 dram (~ 1 milyon 20 min dollar) mənimsəmədə günahlandırılır.
  7. Samvel Qalstyan – kənd təsərrüfatı nazirinin sabiq müavini – keçmiş dövlət başçısı Serj Sarkisyanla birlikdə dövlət dəstəyi proqramı çərçivəsində ayrılan 489 milyon 160 min 310 dram (~ 1 milyon 20 min dollar) mənimsəmədə günahlandırılır.
  8. Gevorq Harutyunyan - Kənd Təsərrüfatı Nazirliyinin Bitki idarəetməsi şöbəsinin keçmiş rəhbəri – keçmiş dövlət başçısı Serj Sarkisyanla birlikdə dövlət dəstəyi proqramı çərçivəsində ayrılan 489 milyon 160 min 310 dram (~ 1 milyon 20 min dollar) mənimsəmədə günahlandırılır.
  9. Armen Gevorkyan – baş nazirin keçmiş müavini – 1 mart 2008-ci ildə Ermənistandakı hadisələrlə əlaqədar konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
  10. Norayr Panosyan – Ədliyyə Nazirliyinin keçmiş şöbə müdiri – 2019-cu ilin oktyabrında həbs edildi. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
  11. Surik Xaçatryan - Sunik vilayətinin keçmiş qubernatoru – Rəsmi saxtakarlıqda, xüsusilə külli miqdarda mənimsəmə və bir sıra digər cinayətlərdə ittiham olunur. 19 noyabr 2019-cu ildə həbs edildi. Kiçik oğlu Trdat Xaçatryan hərbi xidmətdən yayınmaqda, böyük oğlu Tiqran Xaçatryan isə rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur (axtarışdadır).
  12. David Sanasaryan - Dövlət Müfəttişlik Xidmətinin keçmiş rəhbəri, “məxmər inqilabın”ın fəallarından biri - Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
  13. Qaqik Xaçatryan - Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri, sabiq maliyyə naziri – 2019-cu ilin avqustunda həbs edildi. Korrupsiyada və dövlət əmlakının mənimsənilməsində ittiham olunur. 6 fevral 2020-ci ildə KİV Xaçatryanın girov müqabilində sərbəst buraxılması ilə bağlı müraciətin rədd edilib və həbsdə qalacağını bildirdi.
  14. Artur Tonoyan - Yol Polisi rəisinin keçmiş müavini - Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
  15. Qevorq Kostanyan – keçmiş baş prokuror və Respublika Partiyası parlament fraksiyasının keçmiş üzvü – 1 mart 2008-ci il hadisələri ilə əlaqədar rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur. Hazırda Rusiyadadır və Ermənistana qayıtması ilə bağlı Rusiya ilə danışıqlar aparılır.
  16. Georgi Kutoyan – keçmiş Milli Təhlükəsizlik Xidmətini rəisi – 2020-ci ilin yanvar ayında Q.Kutoyanın cəsədi Yerevandakı binalardan birindəki mənzildə tapıldı.
  17. Mikael Arutyunov – keçmiş müdafiə naziri – 1 mart 2008-ci il tarixində konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur. Beynəlxalq axtarışa verilib. Rusiya vətəndaşıdır. Rusiya mətbuatında yer alan xəbərlərə görə, Rusiyada ona qarşı beynəlxalq axtarış ləğv edilib.
  18. Manvel Qriqoryan – Ermənistan Parlamentinin sabiq deputatı, keçmiş müdafiə nazirinin müavini - "Yerkrapa" Könüllülər Birliyinin (vətən müdafiəçiləri) İdarə Heyətinin sədri, general - 18 iyun 2018-ci ildə silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğuları qanunsuz əldə etmə, satma, saxlama maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulub. 16 yanvar 2020-ci ildə səhhətindəki problemlərə görə həbsdən azad edildi. Ölkədən çıxmamaqla bağlıq sənəd verib. Başqa işə görə, Qriqoryan həyat yoldaşı Nazik Amiliyan və oğlu Arman Qriqoryan, istintaqa bəlli olmayan bir qrup şəxs tərəfindən silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğuların qanunsuz olaraq alınması, daşınması və saxlanmasında ittiham olunurlar.
  1. Karen Qriqoryan – Eçmiədzinin keçmiş meri, general Manvel Qriqoryanın oğlu – 2015-2018-ci illərdə rəsmi səlahiyyətlərindən sui-istifadə etməkdə və atasının cangüdənini şəhər rəhbərliyinə işə düzəltmək üçün rüşvət verdiyinə və icma vəsaitini mənimsəməkdə ittiham olunur. Ermənistandan çıxmamaqla bağlı sənəd verib.
  2. Ara Qriqoryan - general Manvel Qriqoryanın oğlu – 4 sentyabr 2019-cu ildə Yerevan-Armavir şossesində meydana gələn münaqişə zamanı qaz tapançasıdan atəş açdığı üçün polis idarəsinə çağırıldı. Xuliqanlıqda ittiham olunur. Ölkəni tərk etməmək barədə öhdəlik verib.
  3. Nazik Qriqoryan - general Manvel Qriqoryanın həyat yoldaşı – Əri ilə eyni cinayət işində olmasına baxmayaraq, bir müddət sonra onun işi ümumi işdən ayrıldı. 8 noyabr 2019-cu ildə onun barəsində əmlakın mənimsənilməsi, süni iflasın yaradılması və “Armsteklo” şirkətinin sənədlərinin saxtalaşdırılması ilə bağlı yeni cinayət işi açılıb.
  4. Seyran Ohanyan – keçmiş müdafiə naziri (2007), 2008-ci ildən Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi – 1 mart 2008-ci il hadisələrində ittiham olunur. Ona qarşı konstitusiya quruluşunu devirmək cəhddi ittihamı irəli sürülüb. Profilaktik tədbir  kimi ölkəni tərk etməmək qərarı seçilib.
  5. Yuri Xaçaturov –KTMT-nin keçmiş baş katibi, Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi – 26 iyul 2018 Xaçaturov 1 mart 2008-ci il hadisələrində konstitusiya quruluşunu devirməyə cəhddə ittiham edildi, profilaktik tədbir kimi girov qərarı seçildi.
  6. Vaaqn Arutyunyan – 1 mart 2008-ci il hadisələri ilə əlaqədar istintaq qrupunun keçmiş rəhbəri – Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddənin 2-ci bəndi (ehtiyatsızlıqdan ciddi nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu maddənin 2-ci bəndi (zorakılıq daxilində vəzifə səlahiyyətlərindən sui-istifadə, silah və ya xüsusi vasitələr) üzrə ittiham olunur.
  7. Levon Yeronesyan - Ermənistan polis rəisinin keçmiş müavini – Onun adı bir sıra dinc etiraz aksiyalarının zor tətbiq edərək yatırılmasında hallanır. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
  8. Miqran Poqosyan - biznesmen, Məhkəmə aktlarının icbari icra xidmətinin keçmiş rəhbəri – Dələduzluqda, xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunur. Rusiyada yerləşir. Onun Ermənistana qayıtması ilə bağlı Rusiya ilə danışıqlar aparılır.

QHT nümayəndələri, jurnalistlər və fəallar

  1. “Haeli” mətbuat klubu (Ayna) – 2019-cu ilin oktyabr ayında Rusiyada “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı barədə məqalənin başlığı ilə bağlıYerevanda bir qrup gəncin hücumuna məruz qaldı.
  2. Narek Mutafyan və Sarkis Oqancanyan – Robert Koçaryanı dəstəkləyən blogerlər – Robert Koçaryanın cinayət işini aparan Yerevan Baş Yurisdiksiya Məhkəməsinin hakimi Anna Danibekyana sual verdikləri üçün iki ay həbs ediliblər.  Hazırda azadlıqdadırlar .
  3. Armen Tavadyan – “5-ci kanalın sahibi” – 1 mart 2008-ci il hadisələri ilə əlaqədar şahidlərə rüşvət verməkdə ittiham olunur. Mülkiyyətinə həbs qoyulub. İcraçı direktor Harutyun Harutyunyan Armen Tavadyanın həbsini siyasi repressiya adlandırıb.
  4. Satik Seyranyan – Ermənistan Jurnalistlər Birliyinin rəhbəri. 168.am saytının redaktoru – 29 dekabr 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub – Paşinyanın reytinqiyinin aşağı düşməsi ilə bağlı xəbərlərin yayılması ilə əlaqədar yalan məlumat verməkdə ittiham olunur.
  5. Mher Yegiazaryan – Haynews.am xəbər saytının rəhbəri – 5 dekabr 2018-ci ildə Mher Yegiazaryan aclıq aksiyasına başlayıb və 26 yanvar 2019-cu ildə həbsxanada ölüb. Mher Yegiazaryan, 2014-cü ilin fevralından 2018-ci ilin oktyabrınadək orduda rüşvət vermək üçün edilən əməliyyatlarda 10 min dollar mənfəət əldə etməkdə, həmçinin müxtəlif qanunsuz hərəkətlər etməkdə ittiham olunur.

1news.az

Paylaş:
2900

Son xəbərlər

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20
Bütün xəbərlər