Yuxarı Şirvan kanalında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Sabirabad rayonunun Surra kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
83