Aktau yaxınlığında AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aktau yaxınlığında AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

13:19 - Bu gün
Aktau yaxınlığında AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

1news.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər