Azərbaycan Turizm Bürosu: “Çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək” – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Turizm Bürosu: “Çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək” – FOTO

17:00 - 12 / 03 / 2020
Azərbaycan Turizm Bürosu: “Çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək” – FOTO

“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.

Bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov martın 11-də keçirilən tədbirdə qeyd edib.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan tədbir çərçivəsində ölkədaxili turizm kampaniyası, xarici turistlər üçün nəzərdə tutulmuş Azerbaijan.travel saytının yeni versiyası və Azərbaycanda maraqlı turizm təcrübələrindən bəhs edən “Experience Azerbaijan” jurnalının ikinci nüsxəsi ictimaiyyətə təqdim edilib, həmçinin mətbuat konfransı keçirilib.

Bəhruz Əsgərovla olan müsahibəni təqdim edirik:

- Daxili turizmin inkişaf etdirilməsi üçün kampaniya nədir, nə zamandan start verilir və hansı nəticələrin olacağını gözləyirsiniz?

- Dövlət Turizm Agentliyi ilə Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə yaradılmış “Macəra Yaxındadır!” kampaniyası Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan şəxslər üçün ölkədaxili turizm paketlərini bir yerə cəmləyən platformadır. Kampaniyaya əsasən xüsusi veb-səhifədə - macerayaxindadir.az-da anket formasını dolduraraq kampaniyanın tərəfdaşı olan şirkətlər təklif etdikləri xüsusi turizm paketlərini kampaniyanın veb-saytında yerləşdirirlər. Bununla da kampaniyadan yararlanması nəzərdə tutulan şəxslər müxtəlif xüsusi endirimli turizm xidmətləri və turizm paketlərindən istifadə etmək imkanını əldə edirlər.

Həqiqətən, ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. Bu kampaniyanın məqsədi də əhalinin daxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır. Kampaniya ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti kimi çıxış edir.

Biz inanırıq ki, sözügedən kampaniya ölkədaxili turizmin inkişafına böyük töhfə verəcək və vətəndaşlarımız, eyni zamanda ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq icazəsi olan şəxslər arasında Azərbaycanın turizm potensialının tanıdılmasına kömək edəcəkdir.

-“Azerbaijan.travel” platforması nədir və bu barədə xarici turistlərin məlumatlandırılması necə aparılacaq?

- Bildiyiniz kimi, rəqəmsal dünya turistlərə hər hansı məlumatı çatdırmaq, onlarla birbaşa ünsiyyətdə olmaq üçün böyük imkanlar təqdim edir.  Biz də bu imkanlardan istifadə edərək daim rəqəmsallaşma strategiyasının, daha təkmil, maraqlı və əlçatan təkliflərin hazırlanması üzərində çalışırıq. Bu günlərdə ictimaiyyətə təqdim etdiyimiz yeni Azerbaijan.travel saytı buna əsas nümunədir.

Azerbaijan.travel platformasının yeni versiyası nəinki məlumat xarakterlidir, eyni zamanda turistlər üçün funksional cəhətdən çox əlverişlidir. Veb-sayt Azərbaycana səfər etmək istəyən hər bir şəxsin ən kiçik addımına qədər öz səfər planını bu platforma vasitəsilə qura bilməsi nəzərdə tutularaq hazırlanmışdır. Qeyd etmək lazımdır ki, turistlər bu veb-sayt vasitəsilə uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisə edərək ən sərfəli qiymətlərlə əldə edə bilərlər. Eyni zamanda, veb-sayta əlavə olunan digər bir xidmət odur ki, turistlər öz fərdi istəklərini və üstünlük verdikləri istirahət növlərini daxil edərək özlərinə məxsus plan qura bilirlər. İstifadəçilər veb-saytdan bir növ bələdçi kimi istifadə edərək Azərbaycana səyahət planını tərtib edirlər. Veb-saytda sosial şəbəkələrdə Azərbaycana səfər etmiş turistlərin paylaşdığı təcrübələr, regional xəritələr, ”Experience Azerbaijan” jurnalı və digər nəşrlər yer alır. Turistlərə səyahətləri ilə bağlı praktiki məlumat verə biləcək virtual assistent də veb-saytın əsas funksiyalarından biridir.

- “ExperienceAzerbaijan” jurnalının budəfəki sayında nələrdən bəhs edilir?

- Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan “Experience Azerbaijan” jurnalının ikinci nəşrində həmişə olduğu kimi Azərbaycanın turizm potensialı, görməli yerləri, ölkəmizdə keçirilən tədbir və festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri barədə ətraflı məlumat təqdim olunur. Bu dəfəki sayda Formula 1 Azərbaycan Qran Prisi, Talış dağlarında ornitoloji turizm, ölkəmizin məşhur yaradıcı gəncləri, Gəncə şəhərinin turizm məkanları, Azərbaycanın 5 ən məşhur haykinq maşrutu, Bakı şəhərinin XIX əsr memarlıq abidələri haqqında məqalələr yer almışdır.

- Bildiyiniz kimi, son 2 aydır dünyanın əsas gündəmi koronovirusla bağlıdır. Bu virusun Azərbaycan turizminə təsirini necə qiymətləndirirsiniz?

- Sözsüz ki, bütün dünyada böhranlı vəziyyət yaratdığı kimi, Azərbaycana təsirsiz ötüşmədi. Əlbəttə, böhran qlobal xarakterlidir və biz çalışırıq ki, Azərbaycan turizminə zərərləri minimuma endirək.

Dünya üzrə bir sıra turizm tədbirləri təxirə salınıb. Məsələn, mart ayının 4-8-də Almaniyada hər il keçirilən “ITB Berlin” sərgisi virusin yayılması ehtimalına görə təxirə salınıb.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu tərəfindən Səudiyyə Ərəbistanında, Türkiyədə və Almaniyada planlaşdırılan satış görüşləri ləğv edilib.

Həmçinin, xeyli sayda beynəlxalq tədbirlər və forumlar işini dayandırıb və bir sıra regional görüş və Azərbaycan turizminin təqdimatı üzrə tədbirlər təxirə salınıb.

Nəticə etibarilə, təhlükəsizlik amili nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən xarici turizm şirkətləri üçün olan bir sıra tanışlıq səfərlərinin təxirə salınması ilə bağlı qərarlar qəbul edilib.

Eyni zamanda 2020-ci il üçün olan strategiyamızda müvafiq dəyişikliklər etmişik. Bu dəyişikliklər marketinq sahəsində özünü xüsusilə biruzə verməklə, rəqəmsallaşmanı əsas hədəf kimi qarşımıza qoyur.

Yuxarıda sadaladığımız tədbirləri görməkdə əsas məqsədimiz ondan ibarətdir ki, böhrandan sonrakı dövrdə turistləri Azərbaycan cəlb etməyə, post-böhran mərhələsində dünya turizm sənayesində yeni təkliflərlə çıxış etməyə və daha çox diqqət çəkməyə hazır olaq və beləliklə də vəziyyət stabilləşəndə Azərbaycan turistlərin səyahət etmək üçün ağıllarına gələn ilkin istiqamətlərdən biri olsun.

İnanırıq ki,  tezliklə bu problem aradan qalxacaq, dünya turizmi, həmçinin Azərbaycan turizmi öz inkişaf tempinə geri qayıdacaq.

Paylaş:
5815

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər