Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşdı

First News Media09:38 - Bu gün
Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşdı

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,88 ABŞ dolları və ya 4,83% azalaraq 122,15 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 128,03 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər