ru

Cəmiyyət

31 Oktyabr saat 12:45

Bakıda nou-hau: Biznes məktəbdə dərs zamanı robotlar nə edirdi? – FOTO

Bakıda nou-hau: Biznes məktəbdə dərs zamanı robotlar nə edirdi? – FOTO

Son zamanlar sahibkarlıq mühitində “Dizayn-düşüncə” (“Design Thinking”) anlayışı daha çox populyarlıq qazanmağa başlayıb.

Bəs bu anlayış nədir?

Dizayn-düşüncə istifadəçilərə istiqamətlənmiş məhsulların, servislərin və xidmətlərin hazırlaması metodunu özündə ehtiva edir. Bu metodun əsas xüsusiyyəti vəziyyətin tənqidi analizi deyil, yaradıcı prosesdir. Belə ki, bəzən gözlənilməz ideyalar problemin ən yaxşı həllinə gətirib çıxarır.

Metod altı əsas mərhələyə söykənir –  empati, fokuslanma, əsas fikirlər, ideyaların seçilməsi, prototip və test.

Sadə dildə desək, problemin effektiv həlli üçün əvvəlcə araşdırma aparmalı və problemi dəqiq təyin etməli, daha sonra “ağrılı nöqtələrə” fikri cəmləşdirməli, əsas fikirləri təyin etməli, ən yaxşıları seçməli, prototip yaratmaq və onu sınaqdan keçirməkdir.

“Dizayn-düşüncə” Bakı Ali Neft Məktəbində MBA proqramı çərçivəsində Genevrə biznes-məktəbi ilə birgə akademik kurs olaraq həyata keçirilir.

Burada tələbələrə praktiki nümunələrdə biznes sahəsində proseslərin, yeni məhsulların və xidmətlərin keyfiyyətinin daim təkmilləşdirilməsi cəhdi zamanı bu və ya digər məsələlərin həlli yolları göstərilir.

Bu kursun tədrisi üçün dəvət olunmuş Rüfət Əzizov biznes sahəsində böyük uğura sahibdir: o, 10 ilə yaxın Azərbaycanda ən iri neft şirkətində mühəndis, biznes-konsaltinq və uşaqlara əsas mühəndislik bacarıqları öyrətmək sahəsində çalışan bir neçə şirkətin yaradıcısı və baş direktorudur.

Onun sözlərinə görə, “Dizayn-düşüncə” kursu zamanı tələbələr Apple, Amazon, P&G, McDonald’s, Toyota və digər nəhəng şirkətlərin nümunəsində biznesin idarəolunması və innovativ dəyişiklikləri öyrənirlər.

Fotoda: R.Əzizov müəllim

1news.az-la söhbət zamanı R.Əzizov bildirib ki, o, akademik prosesə bir neçə yeniliklər tətbiq etmək qərarına gəlib və oktyabrın ortalarında “Dizayn-düşüncə” kursunda praktik məşğələlər zamanı robot texnikasından istifadə edərək konkret biznes-vəziyyətin (Case Study) təhlilini tətbiq edib:

“Yalnız praktiki nümunə zamanı dizayn-düşüncənin necə çalışdığını, təəbələrin bu metodu nə dərəcədə qavradıqlarını bilmək olar”.

Robotların köməyilə zəlzələ zamanı dağıntılar altında qalmış adamı tapmaq – bu cür nümunə ilə o, tələbələrlə birlikdə dizayn-düşüncənin bütün elementlərini praktikada tətbiq etməyə çalışıb. Tələbələr qarşısında robot texnikasının (hazırki halda bu, yanğınsöndürənlər və xilasedicilərdir) istehlakçısına nə lazımdır, ideyalar irəli sürmək, bu ideyaların ən yaxşılarını seçmək, sınaqdan keçirmək və təkmilləşdirmək öhdəliyi dayanır.

“Məşğələmizin əsas məqsədi robot texnikasının öyrənilməsi deyil, dizayn-düşüncə metodunun istifadəsi üçün şəraitin yaradılmasıdır. Robotlar bizə kömək aləti olaraq xidmət göstərir”, - R.Əzizov deyib.

R.Əzizovun sözlərinə görə, tələbələrin komandada çalışmasına, bir-birlərinə qulaq asmalarına, düşüncələri, problemi birgə həll etmələri, ilkin dizaynları təkmilləşdirmə cəhdləri, öhdəlik və məsuliyyəti bölüşmələrini seyr etmək maraqlı idi.

“Praktiki məqsədlərin nəticəsi gözqabağındadır: tələbələrin vəziyyəti təhlil etmək, problemləri həll etməyin qeyri-standart yollarını tapmaq, məhsul və xidmətləri davamlı təkmilləşdirmək bacarığı inkişaf edir”.

R.Əzizovun sözlərinə görə, dizayn-düşüncə biznes startapların həyata keçirilməsində, şirkətlərdə böyük dəyişikliklər edildikdə, müştəriyə yönəlmiş məhsul və xidmətlərin yaradılmasında və yüzlərlə digər hallarda fəal istifadə edilə bilər.

Universitetdə praktik dərs üçün təqdim olunan robot texnika biznes sahəsində konsaltinq xidmətləri göstərən, eyni zamanda tədris məqsədilə biznes-oyunları üçün bir şirkət tərəfindən hazırlanıb və təqdim edilib. Rüfət Əzizov – şirkətin yaradıcılarından biridir.

Beləliklə, mütəxəssislərin maarifləndirici prosesinə cəlb etmənin ümumdünya təcrübəsi gənc nəslə öyrətdikləri sahəyə peşəkarlıqla qoşularaq, Azərbaycanda öz müsbət nəticələrini nümayiş etdirir.

Bu praktikanı yeni tendensiyaları hiss edən və inkişafa səy göstərən daha çox Azərbaycan universiteti tətbiq edir.

Fotolar Rüfət Əzizov tərəfindən təqdim olunub.

Tərcümə: S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur