Baş Prokuror: Araik Arutunyan və 3 yüksək rütbəli erməni məmur beynəlxalq axtarışa verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokuror: Araik Arutunyan və 3 yüksək rütbəli erməni məmur beynəlxalq axtarışa verilib

15:22 - 30 / 10 / 2020
Baş Prokuror: Araik Arutunyan və 3 yüksək rütbəli erməni məmur beynəlxalq axtarışa verilib

Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni məmuru beynəlxalq axtarışa verilib.

1news.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma "DQR"in prezidenti elan edən Araik Arutunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb: "Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib".

1news.az

Paylaş:
529

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər