ru

Cəmiyyət

6 Aprel saat 09:51

BAZARIN ƏN YAXŞI 4K TV-LƏRİNİ SEÇİRİK – #TVDƏQAL

BAZARIN ƏN YAXŞI 4K TV-LƏRİNİ SEÇİRİK – #TVDƏQAL

Sevdiyi seriala və ya kinoya 4K keyfiyyətdə baxmağa kim pis baxar?!

Artıq günümüzün çox hissəsini TV ilə keçiririk. Xüsusilə, evdə oturduğumuz bu günlərdə görüntü keyfiyyəti daha da önəmli olmaqdadır. Bu məqalə isə hələ də Smart TV dəstəkli 4K TV-si olmayanlar üçündür. Siz də digərlərinə baxa-baxa qalmayın, öz 4K TV-nizə baxın deyə sizin üçün xüsusi siyahı hazırlamışıq.

Elə isə TV seçimlərinə yaxın əyləşin! Sizə özəl 4K və Smart məsləhətlərimiz var.

 

Xiaomi Mi LED

DİQQƏT! TV-də göstərilənə yox, TV-nin öz dizaynına belə baxa-baxa qala bilərsiniz. Çünki incə metal korpus doğrudan da özünə baxdırır. Android TV özəlliyi isə sizin serial və film istəklərinizi tam cavablayır. Həm də Dolby + DTS səs sistemi sizə bütün hissləri 4K yaşadacaq.

Qiymət və keyfiyyət vəhdəti isə burada tam qorunur. TV-nin öz qiyməti 899.99 manat olsa da, siz onu nağd alışda 699.99 manata əldə edə biləcəksiniz. Lap istəsəniz hissə-hissə ödənişlə alın. Bütün bu informasiya üçün bu linkə keçid ala bilərsiniz.

 

Hoffman LED 50

Televizorum əzizdir, qiyməti ondan da əzizdir deyirsinizsə, Hoffman LED tam axtardığınızdır. Android TV sistemli 4K TV eviniz üçün əla həll olacaq. Sanki onu sizin iç səsinizi eşidərək hazırlayıblar. Sadəcə iç səsinizi deyil, bu TV öz səsinizi də eşidir və səslə idarəolunma sisteminə malikdir. Sizin yerinizə olsaq, off da demədən Hoffman alardıq!

Bu, 50” (127 sm) ekran 4K TV üçün ən yaxşı qiymətdir. Belə ki, 1099 manat olsa da, indi endirimlə cəmi 859.99 manata sizin ola bilər. Sizin olması üçün bu linkə keçməyiniz kifayətdir. Daha böyük ekran həvəskarları üçün 65” (165 sm) ekran versiyası da var. Həm də nağ alışda 180 AZN endirimlə. Endirimi qaçırmamaq üçün buradan sifariş edin!

 

LG LED TV

Bu TV FULL HD-dən 4 dəfə daha FULL-dur. Yəni ki, 4K keyfiyyətindədir. 4 qat daha detallı görüntünün yanında daha canlı rənglər ötürən IPS ekran təsəvvür edin. Bir də təsəvvür edin ki, 4K Active HDR texnologiyasıyla rəngləri bütün dərinliklərinə qədər görəcəksiniz. Özü də haradan istəsəniz – 60°-lik bucaqdan baxsanız belə. DTS Virtual:X səs sistemi ilə bu TV-nin səsi hər tərəfdən və yüksəkdən gələcək!

Bəs qiymət? Sizi hazırda nağd alışa 150 manat endirim kampaniyasından yararlanmağa və 43” (109 sm) ekranlı bu TV-ni cəmi 949.99 manata əldə etməyə çağırırıq. Sifariş və ya hissəli ödəniş şərtləri üçün isə buraya klikləyə bilərsiniz.

 

Samsung LED

Evdə oturub həyatın əsl rəngləri üçün darıxanlar... Sizə məsləhətimiz: TV-ə baxın. Amma PureColor texnologiyalı Samsung LED televizoruna. Bu texnologiyayla rənglər necə olmalıdırsa, məhz elə görünür. Yəni ki, bu TV ilə oyun çıxarmağa hazır olun. UHD keyfiyyətli görüntü sizə yüksək keyfiyyətli oyun və serial təcrübəsi söz verir.

Rəngləri kimi qiyməti də həyat şərtlərimizə tam uyğundur. 50” (127 sm) ekranlı bu TV nağd alışda 200 manat endirimlə cəmi 1199.99 manat olacaq. Qalan bütün təklif və şərtləri isə buradan öyrənə bilərsiniz.

 

SONY KD

Bu televizorun üstünlüyü 1 deyil, 2 deyil... Maksimal görüntü üçün bütün önəmli detallarda özəl texnologiyalar öz işini görür. HDR rəngi daha canlı və parlaq edirsə, Local Dimming qara rəngin dərinliyini daha da artırır, Motionflow XR isə gözü yoran görüntü sıçrayışlarının qarşısını alır. Görüntüsü belə olan TV-nin təsəvvür edin səsi necədir. S-Force Front Surround səs sistemi sizə istədiyiniz səs effektini yaşadacaq.

Bu superqəhrəman özəlliklərinə sahib 55” (140 sm) ekranlı TV nağd alışda 250 manat endirimlə cəmi 1649.99 manatdır. Hissəli ödəniş şərtləri və ya sifariş üçün bura klikləyin.

Bu arada TV-lər üçün daha ətraflı izah və ya konsultasiya istəyirsinizsə, Kontakt Home yeni onlayn video-konsultant xidmətinə başlayıb. Sizə video zənglə hər şeyi izah edirlər, həm də pulsuz.
Deyək ki, istədiyiniz məhsulu kontakt.az-dan seçdiniz, onu da tam pulsuz və təhlükəsiz qapınıza qədər gətirirlər. İndi seçim sizdədir!

Reklam hüququnda

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur