İmişlidə sürücü sükan arxasında infarktdan öldü
İmişli rayonunda sürücü sükan arxasında vəfat edib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 16-sı saat 03 radələrində İmişli şəhəri Zəfər prospektində baş verib.
Qaralar kənd sakini 1950-ci il təvəllüdlü Valeh Mehdiyev “Mercedes” markalı avtomobilində qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırma aparılır.
83












