Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub

00:01 - 20 / 08 / 2019
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub

Avqustun 19-da Azərbaycan Dövlət İnformasiya Agentliyində Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti ilə görüş olub.

Görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, ölkələrimiz arasında bir sıra sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında yaxından iştirak etdiyini deyən İdarə Heyətinin sədri AZƏRTAC-ın “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının təsisçi üzvü statusunun rəsmən təsdiqləndiyini diqqətə çatdırıb.

Söhbət zamanı AZƏRTAC və Çinin Sinxua xəbər agentliyinin sıx əlaqələrindən məmnunluq ifadə olunub, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2018-ci ildə Pekində keçirilən birinci Media-Sammiti çərçivəsində iki agentlik arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişinin imzalandığı xatırlanıb. Həmçinin bildirilib ki, Sinxua agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin başçılıq etdiyi nümayəndə heyətinin ötən il Azərbaycana səfəri iki ölkənin informasiya agentlikləri arasında əməkdaşlığın inkişafına yeni təkan verib.

Diqqətə çatdırılıb ki, AZƏRTAC öz xəbərlərini bir sıra dillərlə yanaşı, Çin dilində də yayır. Bu, Azərbaycanda Çinə, Çində isə Azərbaycana marağı daha da artırır. Bundan başqa, Agentlik ilə Konfutsi İnstitutu arasında da geniş əməkdaşlıq əlaqələri mövcuddur. Artıq 8 ilə yaxındır ki, İnstitutun əməkdaşları tərəfindən AZƏRTAC-da Çin dili kursları təşkil olunur.

Azərbaycana “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində səfər etdiklərini qeyd edən Şansi istedadlar dərnəyinin direktor müavini və baş katibi Jianq Minqyi ölkəmizə səfərin zəngin təəssüratlarından danışıb, bir sıra dövlət qurumlarında səmərəli görüşlər keçirdiklərini bildirib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacağını vurğulayıb.

Paylaş:
629

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər