Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO

17:10 - 30 / 11 / 2020
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO

Hərbçilərimiz Şuşa həbsxanasında saxlanılan Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Şahbazovun yazdığı şeiri tapıb.

1news.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Kürdoğlu Əsgərov bildirib ki, hərbçilərimiz Şuşa həbsxanasından atasının yazdığı şeirin şəklini çəkərək ona göndəriblər. K.Əsgərov uzun illərdir ki, Şuşa həbsxanasında saxlanılan atasına aid başqa əşyaların tapılacağına da ümid etdiyini söyləyib. O bildirib ki, atasına aid hər bir əşya onun üçün dəyərlidir.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Hazırda onların Ermənistanın Şırak rayonundakı "Atik" türməsində saxlandığı bildirilir. Qeyd edək ki, Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər girovlar Şuşa qalasında saxlanılırdılar.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Həmin vaxt işğal altında olan Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

1news.az

Paylaş:
542

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər