Ötən həftə FHN 412 yanğına çıxış edib - STATİSTİKA - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə FHN 412 yanğına çıxış edib - STATİSTİKA - VİDEO

First News Media09:11 - Bu gün
Ötən həftə FHN 412 yanğına çıxış edib - STATİSTİKA - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə 1news.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 412 yanğına çıxış, 35 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 3 nəfərin meyiti təhvil verilib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər