Ən çox gəlir gətirən aktyor o oldu
Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyoru olub.
1news.az xəbər verir ki, bu barədə "DiscussingFilm" məlumat yayıb.
Tom Hollandın rol aldığı filmlərin dünya üzrə ümumi kassa gəlirləri 15,5 milyard dollara çatıb. Bununla da aktyor qısa müddət ərzində Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyaraq bu göstəriciyə görə ilk pilləyə yüksəlib.
Hollandın bu rekorduna xüsusilə “Hörümçək-adam: Yeni gün” və Kristofer Nolanın “Odysseya” filmləri böyük töhfə verib. Hər iki ekran əsəri hazırda da kinoteatrlarda nümayiş olunur.
30 yaşlı Tom Holland bu siyahıya liderlik edən ən gənc aktyor kimi də tarixə düşüb.
Ayxan Məlikzadə
60












