BƏƏ İranla əlaqələrin bərpasını çətin hesab edir
Biriləşmiş Ərəb Əmirlikləri İranla pozulmuş əlaqələrin bərpasını çətin hesab edir
1news.az xəbər verir ki bu barədə BRİKS sammitində iki ölkə arasında ki görüşdə qeyd edilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) avqust ayında İranla ticarət və maliyyə əlaqələrini dayandırıb. Əbu-Dabi Tehranla etimadın bərpasının asan olmayacağını açıqlayıb.BƏƏ-nin Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan bazar günü BRİKS sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş Hindistanda baş tutub və ABŞ-İsrail müharibəsinin başlamasından sonra iki ölkə arasında yüksək səviyyədə ilk təmas olub.
BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş bildirib ki, etimadın bərpası çətin olacaq. Bununla belə, o, coğrafi reallıqların iki ölkə arasında dialoqu zəruri etdiyini vurğulayıb.
Tərəflər həmçinin Yaxın Şərqdə gərginliyin azaldılması, ticarətin və enerji təchizatının təhlükəsizliyinin təmin olunmasının vacibliyini müzakirə ediblər. Pezeşkian isə Hörmüz boğazının ABŞ-ın İrana qarşı blokada və hücumlarını dayandıracağı təqdirdə açılacağını bildirib.
Ayxan Məlikzadə












