Eldar Mahmudov özünü varisi adlandırdığı Aslan Aşurov kimdir? | 1news.az | Xəbərlər
Siyasət

Eldar Mahmudov özünü varisi adlandırdığı Aslan Aşurov kimdir?

11:15 - 04 / 06 / 2020
Eldar Mahmudov özünü varisi adlandırdığı Aslan Aşurov kimdir?

Bir neçə gün əvvəl Brtitaniyanın “The Guardian” qəzetində Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladlarının İngiltərədəki elit daşınmaz əmlaka sahib olması faktını aşkar edən istintaq məlumatları dərc olunmuşdu.

Nəşrin yazdığına görə, keçən ilin noyabrında Cayman National Bank-ın (bundan sonra - CNBIOM) məlumat bazasının haker hücumuna məruz qalması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında (Britaniyada tax-tac ərazisi) dəyəri təxminən 100 milyon avro olan biznes-əmlak imperiyası yaratdığı ortaya çıxıb.

Anar və Nərgiz Mahmudovların vəkilləri Finance Uncovered nəşrinə verdiyi müsahibədə, ailənin maddi qaynaqlarının mənbəyini XIX əsrdə varlanmış əcdadları Aslan Aşurovdan gəldiyini qeyd ediblər. Vəkillərin sözlərinə görə, Eldar Mahmudovun oğlu və qızının əmlakları müvafiq qaydada qeydiyyata alınıb və Anar Mahmudov uğurlu iş adamıdır.

Tarixdə həqiqətən də Bakı milyonçusu, Hacı Aslan Aşurovun ilk gildiyasının taciri - XX əsrin əvvəllərində görkəmli ictimai və siyasi xadimlərdən biri Ağa Aşurovun (1880-1936) atasıdır.

Hacı Aslan Aşurov kimdir?

Uzun illər arxivlərdə Ağa Aşurovun fəaliyyətini öyrənməyə həsr edən filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə, Bakıdakı Aşurovlar ailəsinin ilk zikrini 1707-ci il adlandırır. "Aşurovların sənədli tarixi" adlı kitabında 1876-cı ildən bu ailənin üzvləri ilk gildiyanın tacirləri olduğunu və köhnə Bakının ictimai həyatında yaxından iştirak etdiyini yazır.

Birinci gildiyanın tacirləri xarici ticarət apara, dəniz gəmilərinə sahib ola bilər və imperiya daxilində "pasport imtiyazı" adlandırılan sərbəst hərəkət etmək hüququna sahib idilər. Hacı Aslan Aşurov Bakıdakı neft sahələrinə, yağ, şəkər və düyü nəql edən gəmilərə, Aşurov qardaşları ticarət evində, bir çox bina və ticarət mərkəzlərində, Saratovda, Stavropolda - dəyirmanlarda, torpaq sahələrində pay sahibi idi.

1882-1918-ci illərdə Aşurovlar Bakı Şəhər Sovetinin və şəhər hökumətinin üzvləri idilər. 1903-cü ildə İmperator II Nikolayın fərmanı ilə Aşurovlar ailəsinə irsi fəxri vətəndaşlar kateqoriyasına verildi ki, bu da onlara bir sıra güzəştlər – şəhər ictimai vəzifələrinə seçilmək hüququ, işə qəbuldan azadlıq, fiziki cəza, sorğu vergisi və s. verdi.  

Hacı Aslan Aşurov Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və digər məşhur şəxsiyyətlərlə birlikdə 1905-ci ildə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin həmtəsisçisi idi.

Böyük nüfuza sahib olan Hacı Aslan Aşurov 1905-1906-cı illər qırğınları zamanı Bakının müsəlman əhalisinin daşnak dəstələrindən qorunmasının təşkilində mühüm rol oynamışdır. Buna görə daşnak Şakiryants onun evinə bomba qoyaraq ailəsi ilə birlikdə partlamağa çalışıb.

Bu ailənin böyük hörmət və şərəfə sahib olmasını, görkəmli Azərbaycan şairi Mir Möhsün Nəvvabın Aşurov qardaşlarına - Hacı Aslan, Əli Heydər və Əli İsgəndərə şeir həsr etməsi ilə sübut olunur.

Ağa Aşurov

Hacı Aslan Aşurovun oğlu – Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Hökumətindəki görkəmli şəxslərdən biri, ADR Nazirlər Kabinetinin ikinci tərkibində ticarət və sənaye naziri, ərzaq naziri və poçt xidməti və teleqraf naziri vəzifələrini icra etmiş və ADR Parlamentinin üzvü olmuşdur.

Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirdikdən sonra Almaniyada elektrik mühəndisliyi ixtisası üzrə təhsil alıb. Almaniyada olduğu müddətdə Anna adlı bir alman qızı ilə evlənir. Əri ilə birlikdə Bakıya gələn Anna İslamı qəbul edir və adını Anaxanım olaraq dəyişdirir, Azərbaycan dili və adət-ənənələrini mənimsəyir.

Bakıda Ağa Aşurov Şəhər Dumasının rəhbərliyində xidmət edib. 1908-ci ildə, onun rəhbərliyi ilə şəhərdə yeni elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb.

1916-cı ildə böyük Azərbaycan xeyriyyəçisi, neftçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə həyata keçirilən möhtəşəm bir layihədə – Bakıdakı Şollar su boru kəmərinin çəkilişində iştirak edib.

Fotoda: Şollar su kəmərini quruluşu, rəssam Çingiz Mehbalıyev.

Aşurov eyni zamanda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə yaradılan “Nəşri-Maarif” maarifçilik cəmiyyətinin rəhbərlərindən biri idi. İctimai həyatda fəal iştirak edən Ağa Aşurov Bakı Şəhər Şurasının üzvü, Qafqaz müsəlmanlarının nümayəndə heyəti kimi, Nijni Novqorodda keçirilən Üçüncü Ümumrusiya Müsəlman Qurultayında iştirak edib.

Fevral inqilabından sonra Ağa Aşurov Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında iştirak edib.

1918-ci ilin martında azərbaycanlıların soyqırımı zamanı Aşurov, müsəlman nümayəndə heyətinin tərkibində İnqilab Müdafiə Komitəsi üzvlərinin, Ermənistan Milli Şurasının və İranın Bakıdakı konsulu Həbibulla xanın iştirakı ilə barışıq danışıqları təşkil edib. “Astoria” otelində aparılan danışıqlarda Azərbaycan cəmiyyətinin aparıcı nümayəndələri, o cümlədən Əlimərdan bəy Topçubaşov də iştirak edir.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Aşurov Nazirlər Kabinetinin ikinci tərkibində ticarət və sənaye naziri, daha sonra isə ərzaq naziri vəzifələrini icra edib.

O, dövlətin müstəqil kursunun möhkəm tərəfdarı olmaqla, iqtisadiyyat üzərində dövlət nəzarəti sisteminin formalaşması üçün çox çalışıb. O dövrdə dünyanın nəhəng güclərinin Azərbaycanın təbii sərvətlərinə sahib olmaq üçün səylə mübarizə apardığını nəzərə alsaq, bu məqsədə çatmaq üçün nə dərəcədə güclü olduğunu təsəvvür etmək olar. Aşurov respublikadakı iqtisadi böhranla mübarizədə hərəkətləri dövlət maraqlarına zidd olan spekulyasiyalara və şəxsi kapital sahiblərinə qarşı təsirli tədbirlər hazırladı.

Bir müddət sonra ADR hökumətində bəzi dəyişikliklər edildi və Aşurov poçt xidməti və teleqraf naziri vəzifəsinə təyin edildi.

1918-ci il dekabrın 7-də Ağa Aşurov ADR parlamentinə seçildi və qanunvericilik bazasının möhkəmləndirilməsinə yönəlmiş səriştəli təklifləri ilə çıxış edərək ən fəal deputatlardan biri oldu. Məsələn, onun 10 dekabr 1918-ci il tarixli parlamentdə qanun layihəsindəki çıxışı deputatlar tərəfindən alqışla qarşılanıb. Aşurov ADR-in süqutuna qədər parlament üzvü idi.

27 aprel 1920-ci il saat 12.00-da Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi ADR hökumətinə 12 saat ərzində hakimiyyətin təslim olması barədə ultimatum təqdim etdi.

Hökumətdəki müzakirələrdən sonra saat 20.45-də parlamentin təcili iclası açıldı, gündəliyində yalnız bir məsələ - hakimiyyətin təslim olması barədə ultimatum vardı. Müzakirələrdən əvvəl hərbi nazir Səməd bəy Mehmandarov XI Qızıl Ordunun silahlı müqavimətinin mümkünsüzlüyü barədə parlament üzvlərinə məlumat verdi.

Məmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin açıq iclası keçirilməsinə qərar verildi. Rəsulzadə çıxışında qeyd etdi ki, hakimiyyətin təslim olması zəruri tədbirdir, çünki vətəndaş müharibəsi və qan tökülməsinə yol vermək olmaz.

Saat 23.00-da səs verildi və səs çoxluğu ilə (1 səs "əleyhinə", 3 - "bitərəf" və 3 - səsvermədə iştirak etmədi), parlament hərbi müdaxilə hədəsi altında hakimiyyəti Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinə təhvil vermək məcburiyyətində qaldı. Bolşeviklərə təslim olmağın əleyhinə səs verən yeganə deputat Ağa Aşurov idi.

Bir gün sonra, aprelin 28-də XI Qızıl Ordu Bakıya hücum etdi. Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinə ADR parlamentinin ertəsi gün hökumət üzvlərinə və parlamentə toxunulmazlıq vəd etməsi şərtinə razı olduğunu "unutdu". Bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra verdiyi ilk qərarlardan biri də Aşurovun həbsi idi.

Onu həbs etmək mümkün olmadı, Aşurov Türkiyəyə mühacirət etmək ümidi ilə ölkəni tərk edir, lakin müəyyən şərtlərə görə bunu edə bilmir və Rostova köçərək texnologiya mühəndisi işləyir. 1936-cı ildə Ağa Aşurov vəfat edir və Rostovdakı tatar qəbiristanlığında dəfn edildi.

                                      *               *              *

Əlbətdə, əgər vəkilləri məhz bu xüsusi sülaləni nəzərə tuturlarsa, Mahmudovlar ailəsinin Aşurovlar ilə necə əlaqəli olduğu sirr olaraq qalır. Belə ki, sovetlər dönəmi çətin vəziyyətində, bolşeviklər tərəfindən milyonçuların bütün sərvətləri müsadirə edildiyi halda Aşurovlardan kim və necə ailə sərvətini qoruyub saxlayaraq gələcək nəsillərinə ötürməyi bacardığı da böyük bir sual altındadır.

Bu suallar sosial şəbəkələrdə çoxlu rəylərə səbəb oldu. Bir çox istifadəçinin fikrinə görə, mirasın alınması haqqında bəyanatlar – böyük kapitalın mənşəyini əsaslandırmaq cəhdindən başqa bir şey deyil.

Fotoda: Eldar Mahmudovun övladları - Nərgiz və Anar Mahmudovlar

Bəzi istifadəçilər ADR dövrünün görkəmli dövlət xadiminin xatirəsinin qaralmasının yolverilməzliyini də qeyd etdilər.

“Biz bu insanların şübhəli kapitalın mənşəyini izah etməkdənsə, yenilikçi ideyaları və mütərəqqi qərarlarına görə tərifləməliyik. Bu ümumiyyətlə mümkün deyil - sovet hakimiyyətinin qurulmasından sonra demək olar ki, Bakı bütün neft maqnatlarının nəsilləri, bütün əmlaklarını və pullarını itirdilər. Sonra bir nazirə qəflətən belə möhtəşəm əcdadından (hətta ümumiyyətlə əgər həqiqətdirsə) yüz milyonlarla böyük sərvət miras qaldı. Özü də bu əcdad sovet dövlətinin düşməni idi? Bütün bunlar xoşagəlməzdir”, – Nərmin Aslanlı adlı istifadəçi belə bir şərh yazıb.

Mövzu ilə əlaqədar oxuyun:

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi? – FOTO

“The Guardian”: Eldar Mahmudovun ailəsi İngiltərədə 100 milyonluq biznesə sahibdir

Tərcümə: S.Xankişiyeva

Paylaş:
4642

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər