Elektron Təhlükəsizlik Xidməti “Wi-Fi” ilə bağlı xəbərdar edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elektron Təhlükəsizlik Xidməti “Wi-Fi” ilə bağlı xəbərdar edir

11:13 - 14 / 08 / 2020
Elektron Təhlükəsizlik Xidməti “Wi-Fi” ilə bağlı xəbərdar edir

Son günlər ölkədə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək “Wi-Fi” şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir.

1news.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən redaktor.az -a verilən məlumata görə bildirir ki, insidentlər Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır.

Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb.

Bildiyimiz kimi, evlərdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasitəsilə qoşulur. Router düzgün konfiqurasiya olunmadığı, təhlükəsizliklə bağlı vacib sazlamalar aparılmadığı, eləcə də zəif və standart parollardan istifadə olunduğu zaman asanlıqla bədniyyətlilər tərəfindən ələ keçirilə bilər.

Router yoluxduqda, bədniyyətlilər tərəfindən istifadəçilərin trafiki izlənilməklə fərdi məlumatları ələ keçirilə, routeri sıradan çıxarıla, şəbəkələrində olan digər cihazlara hücumlar oluna bilər. Məhz bu səbəbdən routerin təhlükəsizliyinin təmin edilməsi kompüterin təhlükəsizliyinin təmin edilməsi qədər vacib hesab olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara vaxt itirmədən aşağıdakı sazlamaları aparmalarını tövsiyə edir:

Aşağıdakı sazlamaları etmək üçün kompüteriniz routerə qoşulu olduqda, veb-brauzerdə routerin IP ünvanını (adətən routerin arxa hissəsində göstərilir) daxil etməklə idarəetmə panelinə daxil olmalısınız. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar routerin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.

- İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routeriniz üçün uzun və mürəkkəb parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçin və onu başqa şəxslərlə paylaşmayın.

- Routerin proqram təminatını (firmware) mütəmadi olaraq yeniləyin. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

- “Uzaqdan idarəetmə/Remote administration” funksiyasını söndürün və router parametrlərini tənzimləmək üçün routerinizə fiziki olaraq qoşulmadan – kabeldən istifadə edin.

- “Wi-Fi” şəbəkənizi ən son şifrləmə standartlarından (“WPA2” və ya “WPA3”) istifadə etməklə şifrləyin. “WPA2” seçimi olmadığı təqdirdə router dəyişdirilməlidir. “Wi-Fi” üçün parol seçərkən ardıcıl rəqəm və düymələrdən, fərdi məlumatlarınızdan istifadə etməyin. Böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda mürəkkəb parol seçilməlidir.

- “Wi-Fi” şəbəkə adında (yəni “SSID”) hər hansı müəyyənləşdirici məlumatlar (ad, ünvan, telefon nömrəsi, fiziki ünvanlar və s.) istifadə olunmamalıdır. Hər routerin özünə uyğun zəiflikləri olduğunu və bunların hakerlərə məlum olduğunu nəzərə alaraq standart şəbəkə adlarından istifadə etmək olmaz.

- Router və modemdə təhlükəsizlik divarının (“firewall”) aktiv edilməsi, “UPnP” və “WPS” funksiyasının söndürülməsi tövsiyə edilir.

- “Wi-Fi” şəbəkəsinin parolu kənar şəxslərlə paylaşılmamalı və mütəmadi yenilənməlidir.

- “Guest network” funksiyasından istifadə olunması tövsiyə edilir. Bu sizə şəbəkənizi seqmentləşdirməyə və ziyarətçilərə onun yalnız bir seqmentinə daxil olmağa icazə verir.

S.Xankişiyeva

Paylaş:
1128

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər