Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib

1news Redaksiyası10:04 - Bu gün
Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq edir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər